Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Əliyev İrəvana gedəcək? Ermənilər TƏŞVİŞDƏ

Əliyev İrəvana gedəcək? Ermənilər TƏŞVİŞDƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Cənubi Qafqazda baş verən hadisələr regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsi fonunda yayılan məlumatlar ciddi ictimai-siyasi rezonans doğurur.
Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin növbəti sammitlərinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləməsi geniş müzakirələrə səbəb olub.  
Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı yaydığı xəbər İrəvandakı revanşist dairələrdə ciddi təşviş yaradıb.
Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər edə biləcəyi ilə bağlıdır.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2026-ci ildəki Zirvə toplantısı Ermənistanda, 2028-ci ildəki sammiti isə Azərbaycanda keçiriləcək. 
Bu xəbər yayılandan sonra Ermənistandakı bəzi KİV-lər gələn ilin yazında İrəvana gələcək dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də ola biləcəyini yazıblar.
“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü  “News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində xof yaratmağa çalışıb ki, 44 günlük maharibəni qələbə ilə bitirən, vaxtaşırı “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər...

Bəzi erməni müxalifət nümayəndələri bir qədər də irəli gedərək, bu ehtimalı İrəvanın “tarixi təslimiyyət”i kimi qiymətləndirib, sosial şəbəkələrdə Paşinyanı “suverenliyi güzəştə getməkdə” ittiham ediblər. Xüsusilə radikal millətçi qruplar bu təşəbbüsün əleyhinə çıxır. Onlar hesab edirlər ki, belə bir səfər yalnız Azərbaycanın şərtləri ilə baş verə bilər və bu da Ermənistanın güzəştə getdiyi anlamına gəlir.
Bəzi erməni revanşistləri narahat edən digər məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək Zirvə toplantısında iştirak edə biləcəyi ehtimalıdır.
Aydındır ki, Qarabağ münaqişəsinin başa çatması və oradakı separatçı rejimin ləğvindən sonra Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi parçalanma müşahidə olunur. Azərbaycan liderinin İrəvanda rəsmi şəkildə qarşılanması, bu dairələr üçün həm psixoloji zərbə, həm də mövcud siyasi xətlə barışmaq məcburiyyəti ola bilər.
Şübhəsiz ki, qalib dövlətin liderini kapitulyasiya aktına imza atmış paytaxtda görmək bəzi dairələr üçün ağır olacaq.
Amma hələ indidən iddia etmək olmaz ki, cənab Əliyev İrəvana gedəcək. Mümkündür ki, rəsmi Bakı bu səfərdən ümumiyyətlə imtina etsin. Çünki bundan əvvəl də İlham Əliyev Avropa Siyasi Birliyinin bir neçə sammitinə getməyib.
Bununla belə, əgər Azərbaycan Prezidentinin İrəvana səfəri baş tutarsa, şübhəsiz ki, bu, əksər beynəlxalq dairələr tərəfindən ancaq alqışlanacaq. Çünki səfər tərəflər arasında inamın formalaşmasına və bölgədəki barış prosesinə müsbət təsir edə bilər.
Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmisinin İrəvana mümkün səfəri Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılması demək olar. Bu, regionda uzunmüddətli sülhə və əməkdaşlığa doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri