Icma.az
close
up
RU
Əliyev ölkəsinin ən strateji silahını yenilədi Xankəndidən dünyaya elan etdi

Əliyev ölkəsinin ən strateji silahını yenilədi Xankəndidən dünyaya elan etdi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

***22.07.2025 18:00

İlk dəfə idi ki, Şuşa Qlobal Media Forumunda iştirak edirdim. Bundan öncəki Forumlara televiziyalardan canlı baxmışdım. Ayrı-ayrı epizodları, çıxışları internetdən izləmişdim. Canlı iştirak tamam fərqli qənaət, emosiya və təəssürat yaradırmış.

Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələri qarşısında çıxışı, suallara cavabı, mülahizələri, arqumentləri, auditoriya ilə rəftarı nə qədər geniş vizion sahibi olduğunu bir daha dünyaya və bizlərə göstərmiş oldu. İlham Əliyev Xankəndidəki qlobal səhnədən dünyaya mesaj verirdi. Azərbaycanın maraqlarını, hədəflərini hər kəsə bəyan edirdi. Qırmızı xəttimizi keçməyə çalışanlara, bizi qorxutmaq istəyənlərə növbəti dəfə yerini göstərirdi. Bunu yumşaq güclə, sözlə, fikirlə edirdi. Artıq dəmir yumruğu qılıncdan kəskin sözlər əvəzləyir. Onun bu master klası, Prezidentin öz sözləri ilə desək, geopolitik layları yerindən tərpətdi.

Mən Qarabağ Zəfərinin əsl mahiyyətini 3 il öncə Şuşaya gedəndən sonra tam mənası ilə anlamışdım. Oradan döndükdən sonra yazdığım təəssürat məqaləsində belə cümlə vardı: 44 günlük Vətən müharibəsinin məntiqini, İlham Əliyevin necə bir komandan və lider olduğunu bilmək üçün mütləq Zəfər Yolu ilə Şuşaya getmək lazımdır. Onda hələ Xankəndiyə Şuşa zirvəsindən həsrətlə baxırdıq.

İlham Əliyevin təfəkkürünün miqyasını isə Xankəndi şəhərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edərkən yenidən idrak etdim. İlham Əliyev ölkəsinin ən strateji və təsirli “silahını” – medianı mükəmməl görmək istəyir. O, bizi – jurnalistləri – məhəlli düşüncədən qlobal təfəkkür sahibi olmağa səsləyir. Dünyaya açılmağımızın vacibliyini bildirir.
Artıq nəticə var. Prezident Forumda ölkə mediası haqda danışarkən razılığını bildirdi. Azərbaycan jurnalistlərinin fəaliyyətinin dünya siyasətinə təsir etdiyini dedi. Neçə illik siyasətin özəyində dayanan məntiq, fəlsəfə bu imiş…

Həmçinin oxuyun:

Əliyevin Ukrayna ilə bağlı sözlərinə Kremldən REAKSİYA

19 iyul 2025-ci il. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb

Şuşa Forumundan dərhal sonra ABŞ Prezidenti Donald Trampın İlham Əliyevin çıxışından bir hissəni özünün sosial şəbəkə hesabında paylaşması qlobal yanaşmanın və geopolitik hədəfin gerçəkləşdiyinin sübutudur.

Prezident ölkə mediasına daxili faktor kimi yanaşmır. Ən vacib məqam budur! Məsələyə böyük pəncərədən baxır və komandasını da bu yüksəkliyə daşıyır. Son 5 ildə sahənin inkişafı, keyfiyyət dəyişikliyinin baş tutması üçün olduqca uğurlu kadrları prosesə cəlb edib. İnkişafa mane olan əyalət düşüncəli, məhəlli baxışlı hər kəs proseslərdən kənarlaşdırılıb. Medianın xaric notlara toxunmaması üçün xarici medianı bilən, beynəlxalq tendensiyaları peşəkar şəkildə qavrayan komanda Prezidentin media siyasətinin icraçısı kimi uğurlu fəaliyyət göstərir. Medianın İnkişafı Agentliyi kimi çevik və faydalı institut yaradılıb.

Yeri gəlmişkən, 3-cü Şuşa Qlobal Media Forumu çox yüksək səviyyədə təşkil olunmuşdu. Ən xırda detala qədər hər şey nəzərə alınmışdı. Mən MEDİA rəhbərliyini və komandasını bu uğurlu və məsuliyyətli fəaliyyətə görə təbrik edirəm. Sözün bütün mənalarında Şuşa səviyyəsində bir performans ortaya qoyuldu.

Şərəfli və məsuliyyətli peşəmiz var. Azərbaycanda ikinci bir peşə yoxdur ki, onun bayramı, yaradılış günü bu cür təntənəli şəkildə qeyd edilsin, beynəlxalq miqyas alsın. Sözümüz kəsərdən, əlimiz qələmdən düşməsin.

Azər Ayxan
Globalinfo.az saytının direktoru,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri