Icma.az
close
up
RU
Əliyev danışdı, Tramp paylaşdı Xankəndidən Vaşinqtona gedən səs

Əliyev danışdı, Tramp paylaşdı Xankəndidən Vaşinqtona gedən səs

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Şuşa Qlobal Media Forumundakı çıxışını sosial şəbəkə hesabında paylaşıb. Bu paylaşım dünya diplomatiyasında və informasiya savaşında nadir hadisə hesab edilir. Bunu sıradan “repost” kimi dəyərləndirmək mümkün deyil. Paylaşımın çox ciddi mesajları var.

Bununla ilk növbədə Tramp Azərbaycanla müttəfiqliyə xüsusi önəm verdiyini göstərib. Paralel olaraq regionun gündəminin ABŞ üçün vacib olduğu mesajını verib.

Paylaşım eyni zamanda ABŞ-ın keçmiş administrasiyalarından fərqli olaraq Trampın Cənubi Qafqaz siyasətinə daha fərqli yanaşacağını da ehtiva edə bilər. O, həm də göstərdi ki, İlham Əliyevin mesajları regional çağırış gücünü çoxdan keçib. Azərbaycan liderinin çıxışları qlobal miqyasda maraq doğurur. 

Və dünya mediasının çox vaxt görməzlikdən gəldiyi Azərbaycanın haqq səsi bu dəfə Trampın səhifəsindən yayıldı.

İlham Əliyev dünya lideridir

İlham Əliyevin dünya liderləri arasında nüfuz qazanması qlobal reytinqlərin mövzusudur. Regional analiz dairəsindən çıxıb. Onun pandemiya dövründə BMT və Qoşulmama Hərəkatı platformalarında göstərdiyi təşəbbüskarlıq, enerji siyasətində Avropanın təchizatçısına çevrilməsi, Rusiya-Ukrayna müharibəsində balanslı mövqeyi onu qlobal miqyasda ciddiyə alınan liderə çevirdi.

Xüsusilə, Qarabağ müharibəsində əldə edilən tarixi qələbə və bu qələbənin diplomatik müstəvidə də davam etdirilməsi dövlətimizin başçısının strateji baxışının sübutudur. Tramp kimi şəxslərin İlham Əliyevi izləməsi və fikirlərinə önəm verməsi isə heç təsadüfi deyil. Birmənalı olaraq İlham Əliyevin artıq beynəlxalq informasiya gündəminin mühüm fiquru olduğunu göstərir. Bəli, bu gün dünya liderləri onun dediklərini dinləyir, çünki o, Azərbaycan Prezidenti enerji, təhlükəsizlik və sülh məsələlərinin mühüm söz sahibidir.

Azərbaycanın böyüyən nüfuzunun göstəricisi

Trampın belə bir paylaşım etməsi, xüsusilə də ABŞ kimi bir qlobal hegemonun bu addımı Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyinin bariz göstəricisidir. Bu paylaşım Azərbaycana qarşı illərlə davam edən mediadaxili ikili standartların bir nöqtədə çat verdiyini göstərir. Trampın paylaşımı, eyni zamanda Qərbdə Azərbaycanın informasiya təbliğat gücünün artmasına dəlalət edir. Bu addım Şuşa Forumunun qlobal siyasi mesaj daşıdığını təsdiqləyir. Həmçinin ABŞ cəmiyyətinə Qarabağ reallığını göstərmək üçün unikal bir fürsətdir. Artıq Azərbaycana qarşı yaradılmış süni informasiya blokadası qırılır. Trampın jesti blokadanın sındırılmasında yeni mərhələnin başlanğıcı ola bilər.

Dünya heyrətdədir: Şuşadan çıxan səs qlobal səviyyədə eşidilir

Trampın paylaşımı qlobal mediada rezonans doğurdu. Bu hadisə göstərdi ki, Şuşa Forumunda deyilənlər artıq regionun çərçivəsindən çıxaraq dünya tribunalarına qədər yüksəlir. Bu da təsdiqləyir ki, Azərbaycan təkcə enerji daşıyıcısı olmaqla yanaşı, informasiya və ideya ixracatçısına da çevrilir. İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlər, xüsusilə Rusiya və İranla bağlı mesajlar, qlobal təhlükəsizlik gündəmində maraq doğurdu. Bu, Azərbaycanın informasiya savaşında hücum mövqeyinə keçdiyini göstərdi. Bəli, dünya artıq Tramp səviyyəsində Azərbaycanı izləyir, reaksiya verir, hətta paylaşır.

Bakı, Cənubi Qafqazın siyasi və informasiya paytaxtıdır

Üçüncü Şuşa Qlobal Media Forumu əslində Bakının Cənubi Qafqazda informasiya mərkəzi olmasının nəticəsidir. Təsadüfi deyil ki, regionun gələcəyi ilə bağlı bütün müzakirələr Bakıdan başlayır və Bakıda bitir. Azərbaycan mediası, Prezidentin rəhbərliyi ilə regionun informasiya axınının istiqamətini müəyyənləşdirir. Gürcüstanın susqunluğu, Ermənistanın dağınıq və inamsız informasiya siyasəti fonunda Bakı lider rolunu təkbaşına oynayır. Trampın paylaşımı da təsdiqlədi ki, Bakıdan səslənən hər bir siyasi və informasiya mesajı artıq Vaşinqtonda, Brüsseldə, Pekində dinlənilir. Bu reallıq diplomatik, iqtisadi və təhlükəsizlik müstəvisində Azərbaycanın əhəmiyyətini qat-qat artırır.

Heç bir qüvvə Azərbaycanla güc dilində danışa bilməz

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də Azərbaycanın artıq “güc dili”nə cavab verəcək dövlət olduğudur. Bu, özünü 2020-ci il Vətən müharibəsi, 2023-cü ilin lokal antiterror tədbirləri, diplomatik müstəvidə aparılan ağır proseslər bu sözlərin arxasında dayanan gerçəkliyidir. Ermənistanı məğlub etmək bir mərhələydisə, onu masaya oturtmaq daha böyük strateji zəfərdir. Dünya anlayır ki, Azərbaycanı köhnə Qafqaz stereotipləri ilə qiymətləndirmək mümkün deyil. Nə Rusiya, nə İran, nə də Qərb gücləri Azərbaycana ultimatum dilində danışa bilir. İlham Əliyev bu tarazlığı qoruyaraq həm Qarabağı, həm də Azərbaycanın beynəlxalq nüfuzunu qorumağı bacardı.

İlham Əliyevin yaratdığı yeni reallıqlar

Prezident İlham Əliyevin siyasəti günümüzə hesablanmayıb. Gələcək əsrlərə hesablanmış strategiyadır. Onun “post-müharibə” siyasəti regionun konturlarını dəyişib. Şuşanın azadlığı ərazi bütövlüyü ilə yanaşı milli ruhun dirçəlişidir. Zəngəzur dəhlizi, TAP və TANAP layihələri, COP29-a ev sahibliyi və medianın regional mərkəzə çevrilməsi Azərbaycanın gələcəyini sığortalayan addımlardır. Onun irəli sürdüyü “ya sülh, ya məsuliyyət” tezisi beynəlxalq hüququn yeni yanaşması kimi qəbul edilir. İlham Əliyevin qurduğu bu geosiyasi konstruksiya, Azərbaycanın gələcək 1000 ilini formalaşdıracaq bir baza kimi qiymətləndirilir. O, indi strateji memardır.

Azərbaycan xalqı xoşbəxtdir, lideri güclüdür, torpağı azaddır

İlk dəfədir ki, xalq ərazi bütövlüyünü yaşamış bir dövlətin vətəndaşı olaraq sabaha ümidlə baxır. Qarabağda azan səsi, Şuşada bayraq, Laçında məktəb, Xankəndidə əsgər, və s… bu xoşbəxtliyin simvollarıdır. Bu xoşbəxtlik, milli kimliyin, milli qürurun bərpasıdır. Azərbaycan xalqı bir liderin necə həm diplomatiya, həm ordu, həm də media ilə tarix yazdığını canlı izləyir. Trampın paylaşımı bu xoşbəxtliyin dünyaya çatan səsidir. İlham Əliyevin liderliyi Azərbaycanın sabitliyinin, təhlükəsizliyinin və inkişafının təminatıdır. Xalq artıq “lider xalq üçün nə etdi?” sualını cavablandırıb, hər şeyi etdi!

Trampın jesti Azərbaycanın informasiya müharibəsindəki qələbəsinin xəbərçisidir

Xankəndidə deyilənlər Vaşinqtonda paylaşılırsa, bu, yeni dövrün başlanğıcıdır. Trampın jesti informasiya müharibəsində qazanılmış böyük bir zəfərin təsdiqidir. İlham Əliyev döyüş meydanında, diplomatiyada, informasiya meydanında da qalib gəlir. Azərbaycan istiqamət göstərir. Bu reallıq dəyişməyəcək. 


Modern Təhlil və Araşdırma Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri