Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Əliyev onların səhvini belə düzəltdi: Azərbaycan üçün fəlakət ssenarisi...

Əliyev onların səhvini belə düzəltdi: Azərbaycan üçün fəlakət ssenarisi...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

1990-cı illər Azərbaycanın siyasi və hərbi tarixində həm xaos, həm də sınaq dövrü kimi yadda qalıb. O dövrdə ölkə müstəqilliyini yenicə bərpa etmişdi, lakin daxili siyasi hərc-mərclik və parçalanmış idarəçilik sistemi dövlətin mövqeyini zəiflətdi. AXC–Müsavat cütlüyünün hakimiyyəti illərində qeyri-müəyyən siyasi qərarlar və idarəetmədəki kobud səhvlər nəticəsində hərbi məğlubiyyətlər qaçılmaz oldu. Siyasi sabitliyin olmaması isə ölkənin ərazi bütövlüyünü qorumaqda ciddi problemlər yaratdı.

44 günlük Vətən Müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə torpaqlarımız işğaldan tam azad edildi. Tarixi qələbənin 5-ci ili münasibətilə təşkil olunan hərbi paradda Prezident İlham Əliyev çıxışında Azərbaycan ordusunun qəhrəmanlığını, xalqın birliyini və dövlətimizin ərazi bütövlüyündə oynadığı rolun vacibliyini bir daha vurğuladı.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində həm müstəqilliyin qazanıldığı, həm də ağır sınaqların yaşandığı dövr kimi yadda qalıb:

“Sovet İttifaqının dağılmasından sonra ölkə siyasi xaos, iqtisadi böhran və hərbi məğlubiyyətlərin girdabına düşmüşdü. Dövlət idarəçiliyi sistemi dağılmış, ordu nizamsız dəstələrə parçalanmış, cəmiyyətin bütün sahələrində anarxiya hökm sürürdü. Bu dövr, xüsusilə AXC–Müsavat cütlüyünün hakimiyyəti illəri, Azərbaycan tarixində dövlətçilik ənənələrinin ciddi zərbə aldığı mərhələ kimi qiymətləndirilir.

AXC–Müsavat iqtidarı hakimiyyətə xalqın azadlıq və müstəqillik arzularını istismar etməklə gəlsə də, idarəçilik təcrübəsinin və siyasi məsuliyyətin olmaması ölkəni faktiki olaraq nəzarətsiz qoydu. Dövlət strukturları arasında koordinasiya yox idi, orduda fərarilik və parçalanma halları geniş yayılmışdı. İqtisadiyyat çökmüş, inflyasiya və ərzaq qıtlığı insanları aclıq həddinə gətirmişdi. Xarici siyasətdə qeyri-müəyyən addımlar Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurmuşdu. Qarabağda hərbi məğlubiyyətlər ardıcıl xarakter almış, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edilmişdi”.


Züriyə Qarayeva

Ekspert deyib ki, AXC–Müsavat hakimiyyətinin ən böyük səhvlərindən biri ordu quruculuğunda siyasi təsir və şəxsi maraqlara üstünlük verməsi idi:

“Döyüş meydanında vahid komandanlığın olmaması, silahlı dəstələrin bir-biri ilə toqquşması və siyasi ambisiyalar torpaqların müdafiəsini mümkünsüz etmişdi.

Hazırkı dövrlə müqayisədə fərq açıqdır. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyi bərpa edildi, iqtisadiyyat sabitləşdirildi, ordu peşəkar səviyyəyə qaldırıldı. Güclü diplomatik xətt və strateji müttəfiqliklər sayəsində Azərbaycan regional liderə çevrildi. 44 günlük Vətən Müharibəsi bu dəyişimin nəticəsi olaraq, 1990-cı illərin məğlubiyyətlərindən fərqli olaraq, Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatik masada da qalib gəldi.

Bu gün keçirilən Zəfər paradı həmin tarixi dönüşün rəmzidir: dövlətin dağılmaq ərəfəsində olduğu 90-cı illərdən qalxaraq, regionda söz sahibi olan güclü və qalib Azərbaycan reallığına gəlinib. Tarixi müqayisə göstərir ki, dövlətin möhkəm təməlləri, siyasi sabitlik və milli həmrəylik olmadan heç bir qələbə mümkün deyil. Azərbaycanın son 30 ildə keçdiyi yol xaosdan Zəfərə aparan dövlətçilik modelinin parlaq nümunəsidir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see230

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see178

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri