Icma.az
close
up
RU
Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var Hazır olun!

Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var Hazır olun!

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin İranda yerləşən nüvə obyektlərinə mümkün hücumları bölgədə radiasiya yayılması ilə bağlı narahatlıqları artırıb. Hazırda Azərbaycanda belə durum müşahidə olunmasa da, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar cənub bölgəsi və Naxçıvan Muxtar Respublikasında profilaktik ölçmələrə başlayıb.

Belə bir ssenaridə əhalinin sağlamlığı ilə bağlı hansı risklər var?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, burada söhbət radioaktiv şüalanmadan gedir:

“Bu şüaların alfa, beta, qamma növləri var. Orqanizmimiz üçün ən təhlükəlisi beta və qammadır. Nüvə sənayesində də əsasən qamma şüalarından istifadə olunur. İranda hələ atom bombası partlamayıb, bu səbəbdən zərbə dalğası, işıq şüalanması və genişmiqyaslı radioaktiv çirklənmə kimi klassik nüvə partlayışı nəticələri müşahidə edilmir. Lakin uranın zənginləşdirilməsi zamanı istifadə edilən radioaktiv maddələrin saxlandığı reaktorların bütövlüyü pozularsa, sızma baş verə bilər. Bu isə radioaktiv şüalanmaya və müəyyən məsafədə ətraf mühit üçün təhlükəyə yol açar”.

Adil Qeybulla

Professorun fikrincə, belə bir sızma baş verərsə, radiasiya külək vasitəsilə Azərbaycana, Səudiyyə Ərəbistanına, Pakistana və digər ölkələrə yayıla bilər:

“Əsas məsələ sızmanın həcmi və yaranacaq radiasiya fonudur. Bu barədə dəqiq məlumat yoxdur, sadəcə mümkün risklər müzakirə obyektidir. Bildirilir ki, İsrailin endirdiyi raket zərbələrindən biri nüvə reaktorunu hədəf alıb. Bu səbəbdən təhlükə ehtimalı realdır, biz bu ssenariyə hazırlıqlı olmalıyıq”.

Adil Qeybulla əlavə edib ki, ətraf mühitin radioaktiv çirklənməsi ciddi fəsadlara gətirib çıxarar:

“Təəssüf ki, bəzi dövlətlər nüvə silahlarını təhdid vasitəsi kimi istifadə edirlər. Anlamırlar ki, Yer yaşanmaz hala gələrsə, insanlıq üçün alternativ yoxdur. Belə hallarla bağlı təxirəsalınmaz tədbirlər görülməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri