Icma.az
close
up
RU
Əliyev Putin görüşü: Məkan seçildi, anons verildi Gərginlik bitir?

Əliyev Putin görüşü: Məkan seçildi, anons verildi Gərginlik bitir?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Tacikistanda keçiriləcək MDB sammiti çərçivəsində Kreml rəhbəri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün istisna edilmədiyini bildirib.

Ötən gün Azərbaycan Prezidentinin rusiyalı həmkarına zəng edərək onu təbrik etməsindən sonra Uşakovun bu açıqlaması diqqət çəkib. Prezidentlərin görüş zamanı ikitərəfli münasibətlərdəki gərginlik və Vaşinqton razılaşmasının detalları kimi bir sıra vacib məsələləri müzakirə etməsi gözlənilir.

Beləliklə Bakı-Moskva gərginliyi bitir? Rusiya Azərbaycanın təyyarə qəzası ilə bağlı tələblərini yerinə yetirəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hələlik liderlərin görüşü rəsmi səviyyədə təsdiq edilməyib:

“Prezidentlərin görüşü istisna deyil. İki liderin müzakirə edə biləcəyi kifayət qədər mövzu var. Hələ də cavabsız qalan bir çox sual mövcuddur ki, bunlar əsasən Rusiyadan qaynaqlanır. Məsələn, Moskvanın Bakıya münasibətdə sərgilədiyi aqressiv ritorika, AZAL-a məxsus mülki təyyarənin vurulması, Rusiyada yaşayan azərbaycanlılara qarşı artan təzyiqlər bu məsələlər sırasındadır.

Sadalananlar təkcə ayrı-ayrı hadisələr kimi deyil, eyni zamanda ikitərəfli münasibətlərin növbəti mərhələsini formalaşdıran kompleks və xronoloji bir ardıcıllığın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Görüş keçirilsə də, keçirilməsə də, məlum təyyarə qəzasının obyektiv şəkildə araşdırılması rəsmi Bakının prioritet istiqamətlərindən biridir və Azərbaycan bu yoldan geri çəkilməyəcək. Moskva ilə müxtəlif səviyyəli təmaslar da mümkündür. Əgər yaxın günlərdə Prezident İlham Əliyev və Kreml rəhbəri Vladimir Putin arasında görüş baş tutarsa, bütün bu məsələlər masaya yatırılacaq”.


Kənan Novruzov

Siyasi şərhçi əlavə edib ki, Cənubi Qafqazda dəyişən siyasi dinamika, Azərbaycanın Ukrayna müharibəsinə dair mövqeyi, ABŞ-ın regionda artan fəallığı və Rusiyanın bölgədən sıxışdırılması da görüşün gündəmini təşkil edə bilər:

“Gündəlik kifayət qədər zəngindir. Bu müzakirələrin yekununda iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlandığını görə bilərik. Münasibətlər ya əvvəlki səviyyəyə qayıdacaq, ya da müəyyən yumşalmalar baş verəcək. Əgər Rusiya aqressiv siyasətindən əl çəkməzsə, gərginlik daha da dərinləşə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri