Icma.az
close
up
RU
Cəlaloğlu: Qlobal gərginlik fonunda Əliyev Ərdoğan görüşü çox vacib idi

Cəlaloğlu: Qlobal gərginlik fonunda Əliyev Ərdoğan görüşü çox vacib idi

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsi, həmkarı Rəcəb Teyyub Ərdoğanla görüşüb müzakirələr aparması təsadüfi deyil. Azərbaycan və Türkiyə müttəfiqdir, bir sıra layihələr bu müttəfiqliyi daha da bərkidir, yeni mərhələyə çıxarır. Bu cür layihələr və əlaqələrin inkişafı hamımızı sevindirir”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədrinin fikrincə, müşahidə olunan qlobal gərginlik fonunda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşü olduqca ciddi əhəmiyyətə malikdir.
S. Cəlaloğlu qeyd edib ki, Azərbaycan və Türkiyə müttəfiqdir, yeni dünya çağırışlarına uyğun olaraq bu ölkələrin öz xarici siyasətini uzlaşdırması, bir-birinin təhlükəsizliyinə önəm verməsi, bunun təminatı üçün fikir mübadiləsi aparmaları başadüşüləndir:
“Mən xüsusi olaraq Azərbaycan və Türkiyə liderlərinin bəyanatlarına vurğu edərdim. Prezident Ərdoğan qeyd etdi ki, hər zaman Azərbaycanın yanında olacaqlar. Prezident Əliyev isə Türk Dövlətləri Birliyinin adını çəkdi, bu qurumun yaradılmasında Ərdoğanın əhəmiyyətli işlərinə diqqət yönəlti. Hesab edirəm ki, bu, müsbət haldır. İndi çox gərgin dövrdən keçirik. Bir müddət əvvəl Rusiyanın Azərbaycana təzyiqlərini müşahidə etdik, İranda nələr olacağını bilinmir, Ukraynada proseslərin necə gedəcəyi də məlum deyil. Bütün bunlar həm də Azərbaycan və Türkiyəyə yaxın regionlarda baş verir. İki liderin təkbətək görüşündə belə məsələlərin də müzakirə olunduğunu, risklərin qiymətləndirildiyini düşünürəm”.
S. Cəlaloğlu hesab edir ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanın maraqları baxımından vacibdir: “Yəni bu görüş zamanı iki müttəfiq ölkə liderinin taktiki məsələlərdən daha çox strateji məsələləri müzakirə etdiyini düşünürəm. Bu da normaldır. İki ölkə münasibətləri yeni mərhələyə çıxır, biz qardaş ölkəyik və bir-birimizin inkişaf etməsində maraqlı olduğunuz qədər, qarşılıqlı təhlükəsizliyimizdə də maraqlıyıq və qlobal proseslər zamanı mənfi çalarlardan sığortalanmağımızı vacib sayırıq”.
Partiya sədri xatırladıb ki, Azərbaycan indiyə qədər Naxçıvanın qazla təminatında İrandan istifadə edib: “Yəni İran Naxçıvana qaz verirdi, biz də bunun əvəzində İrana qaz ötürürdük. Eyni zamanda elektirik baxımından da Naxçıvanın İrandan müəyyən qədər asılılığı var idi. Amma Naxçıvanda çoxlu saylı SES-lər tikildi, müəyyən tədbirlər həyata keçirildi. İndi qalır quru yolumuz. Əgər İran ərazisindən istifadə etmədən Naxçıvana quru yolun açılmasına nail olsaq, Azərbaycanın İrandan heç bir asılılığı qalmaz, İranın da Azərbaycana təzyiq etmək imkanı olmaz”.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri