Icma.az
close
up
RU
Əliyev xüsusi vurğuladı: Ərdoğan müharibə zamanı onları belə zərərsizləşdirib

Əliyev xüsusi vurğuladı: Ərdoğan müharibə zamanı onları belə zərərsizləşdirib

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Zəfər Paradında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi fikirlər böyük maraqla qarşılandı. Dövlət başçısı Türkiyə prezidentinin İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Azərbaycanı qətiyyətlə dəstəklədiyini vurğuladı.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən etibarən Azərbaycana, Azərbaycan xalqına və Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun siyasi və mənəvi dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı”, – Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin bu çıxışı qardaş dəstəyinin sarsılmazlığının ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq siyasi arenaya da mesaj kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Prezident İlham Əliyev çıxışında bir sıra önəmli məsələlərə toxunub:

“O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi dəstəyi xüsusi olaraq vurğuladı. Müharibə zamanı Bakıya ciddi təzyiqlər göstərilirdi, xüsusilə Fransa Ermənistanı dəstəkləyir və işğalçının maraqlarına uyğun olaraq BMT Təhlükəsizlik Şurası vasitəsilə müharibəni dayandırmağa çalışırdı. Hətta bəzi Qərb ölkələri də İrəvanı dəstəkləyirdi. Belə bir şəraitdə Prezident Ərdoğanın açıq və konkret bəyanatları üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını almağa və neytrallaşdırmağa imkan verdi.


Əli Zülfüqaroğlu

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. Bu, təsadüfi deyil. İki ölkə arasında qardaşlıq əlaqələrinin tarixdə ən yüksək səviyyəyə çatması məhz Prezident İlham Əliyev və Prezident Ərdoğanın fəaliyyəti nəticəsində mümkün olub. Şuşa Bəyannaməsinin imzalanması sıradan bir hadisə deyil; bu, uzaq perspektivə hesablanmış strateji addımdır. Bu gün Azərbaycan-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə-Pakistan ittifaqı ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri