Icma.az
close
up
RU
Əliyevadan dünyada görünməmiş nümunə: Bu yeniliyi məhz o etdi!

Əliyevadan dünyada görünməmiş nümunə: Bu yeniliyi məhz o etdi!

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikan səfəri yalnız diplomatik münasibətlər tarixində mühüm hadisə deyil, həm də qlobal mədəniyyətlərarası dialoqun praktik təcəssümü kimi diqqət çəkir”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, bu səfər Azərbaycanın humanitar diplomatiya konsepsiyasının mahiyyətini, yəni mədəni irs, tolerantlıq və dinlərarası etimadın birgə mövcudluğuna əsaslanan beynəlxalq əməkdaşlıq modelini növbəti dəfə dünyaya nümayiş etdirir:

“Mehriban Əliyeva uzun illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tolerantlıq, humanizm və mədəni irsin qorunması prinsiplərini fəal şəkildə təbliğ edir. Onun Vatikan səfəri bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin və şəxsi təşəbbüslərin zirvəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan tarixən müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Bu ənənə ölkənin müasir dövrdə də tolerantlıq modelinin əsasını təşkil edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu modeli beynəlxalq mədəni əməkdaşlıq sahəsində nümunəvi bir praktikaya çevirmişdir. Vatikanla qurulan münasibətlər, xüsusilə xristian dünyasının mühüm dini və mədəni abidələrinin bərpasına dəstək göstərilməsi, Azərbaycanın sivilizasiyalararası körpü rolunu daha da gücləndirir. Bu mənada, Birinci vitse-prezidentin Roma Papası XIV Leo ilə görüşünu, həmçinin digər görüşləri qarşılıqlı hörmətə, mənəvi yaxınlığa və bəşəri dəyərlərin birləşdirici gücünə əsaslanan siyasi və mədəni dialoqun yüksək təzahürü kimi qiymətləndirmək lazımdır”.

Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Müqəddəs Komodilya Katakombalarının bərpası layihəsi Azərbaycan humanitar diplomatiyasının ən mühüm səhifələrindən biridir:

“Xristianlığın erkən dövrünə aid bu müqəddəs məkanların bərpasında müsəlman ölkəsinin təşəbbüskarlığı, dini mənsubiyyətlərdən asılı olmayaraq bəşəri irsə hörmət prinsipinin əməli ifadəsidir. Katakombalar təkcə dini tarix baxımından deyil, həm də sivilizasiyalararası münasibətlərin simvolu kimi böyük əhəmiyyət daşıyır. Vatikan rəsmilərinin açılış mərasimində Heydər Əliyev Fondunun fəaliyyətinə verdikləri yüksək qiymət, Azərbaycanın dinlərarası etimadın təşviqinə verdiyi töhfənin beynəlxalq səviyyədə tanındığını bir daha sübut edir. Bu, həm də Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının humanizm və mədəni diplomatiya sahəsində əldə etdiyi uğurların simvoludur.


Elçin Mirzəbəyli

Müqəddəs Paul Bazilikasında keçirilən görüşlər və Fondun bu məbəddə gördüyü işlər də səfərin mədəni və mənəvi dərinliyini artıran faktorlardan biridir. Bazilikanın bərpası və zəvvarların təhlükəsizliyinə yönəlik tədbirlər Azərbaycanın dini abidələrə münasibətində səmimi və bəşəri yanaşmanın ifadəsidir. Bu, Azərbaycanın yalnız öz milli-mənəvi irsini deyil, həm də ümumbəşəri dəyərləri qorumaq və yaşatmaq istəyinin göstəricisidir. Mehriban Əliyeva bu fəaliyyətlə dini abidələrə texniki və maliyyə dəstəyi göstərməklə yanaşı, həm də insanlığın mənəvi irsinin qorunmasına töhfə verməyin nümunəsini təqdim edir. Bu, diplomatik jestdən daha çox, mədəni və mənəvi məsuliyyətin göstəricisidir. Azərbaycan bu yolla göstərir ki, dinlərarası dialoq yalnız sözlə deyil, əməl ilə, real layihələrlə möhkəmlənməlidir”.

E.Mirzəbəylinin sözlərinə görə, Vatikan Apostol Kitabxanası və Arxivi ilə əməkdaşlıq isə bu səfərin elmi-mədəni ölçüsünü formalaşdırır.

“Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın nadir əlyazmalarının bərpası və rəqəmsallaşdırılması layihəsi təkcə bir elmi təşəbbüs deyil, həm də mədəni diplomatiyanın yeni mərhələsidir. Bu layihə sayəsində Azərbaycan elmi-humanitar əlaqələrin təşviqində, bilik və mədəniyyət diplomatiyasının inkişafında yeni platforma formalaşdırır. Əlyazmaların bərpası prosesi göstərir ki, Azərbaycan yalnız maddi mədəni irsə deyil, həm də mənəvi və intellektual dəyərlərin qorunmasına böyük əhəmiyyət verir. Bu əməkdaşlıq bir tərəfdən elmi mübadiləyə, digər tərəfdən isə mənəvi inteqrasiyaya xidmət edir.

Mehriban xanım Əliyevanın təşəbbüsləri göstərir ki, Azərbaycan dövlətinin mədəni diplomatiya siyasəti təmtəraqlı bəyanatlardan ibarət deyil, dərin düşünülmüş və davamlı fəaliyyətə əsaslanır. Bu fəaliyyətin mərkəzində insan, onun dəyərləri və mənəvi irsi dayanır. Mehriban Əliyevanın Vatikan səfəri həm də beynəlxalq münasibətlərdə “yumşaq güc” anlayışının ən zərif formalarından birinin, mədəni humanizmin praktik ifadəsidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun mənəvi dayaqlarından bir hesab oluna bilər. Azərbaycan artıq təkcə enerji və təhlükəsizlik sahələrində deyil, mədəniyyət və humanizm sahəsində də etibarlı tərəfdaş kimi tanınır”.

Mirzəbəlinin sözlərinə görə bu səfərin siyasi-mənəvi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dünyaya mədəniyyətlərarası harmoniya, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelini təqdim edir:

“Mehriban Əliyeva bu səfərlə bir daha mədəniyyətlər arasında fərqlərin münaqişə yox, zənginlik mənbəyi olduğunu sübut etdi. Onun fəaliyyəti göstərir ki, dini abidələrə hörmətlə yanaşmaq, mədəni irsi qorumaq və humanizmi təşviq etmək təkcə mənəvi məsələ deyil,  bu, həm də qlobal sabitliyin və sülhün vacib şərtidir. Vatikanla qurulan bu mənəvi tərəfdaşlıq, Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin müasir dövrdə uğurla davam etdirilməsinin parlaq nümunəsidir.

Mehriban Əliyevanın Vatikan səfəri həm də qadın liderliyin beynəlxalq diplomatiyada yeni modelini təqdim edir.  Onun zərif, lakin prinsipial siyasi-humanitar üslubu, dinlərarası dialoqu təşviq edən və bəşəri dəyərləri önə çəkən yanaşması, Azərbaycanın dünyadakı mənəvi nüfuzunu möhkəmləndirir. Bu səfər bir daha təsdiq edir ki, Azərbaycan öz tarixindən gələn tolerantlıq və multikulturalizm dəyərlərini bu gün beynəlxalq əməkdaşlığın ideoloji əsasına çevirə bilib.

Nəticə etibarilə, Mehriban Əliyevanın Vatikan səfəri sadəcə diplomatik bir hadisə deyil, mədəniyyət, humanizm və sivilizasiyalararası dialoqun yüksək səviyyədə təcəssümüdür. Müqəddəs Komodilya Katakombalarının bərpası, Müqəddəs Paul Bazilikasındakı humanitar layihələr, Apostol Kitabxanası və Arxivi ilə əməkdaşlıq – bütün bu istiqamətlər bir-birini tamamlayaraq Azərbaycan humanitar diplomatiyasının universal modelini formalaşdırır. Bu modelin əsasında qarşılıqlı hörmət, mədəni irsə ehtiram, insanın mənəvi dəyərlərinə inam və sülhə çağırış dayanır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri