Icma.az
close
up
RU
Əliyevadan sülh mesajı: Bakı və İrəvan təsdiqlədi Paşinyanın xanımı Bakıya gəlir?

Əliyevadan sülh mesajı: Bakı və İrəvan təsdiqlədi Paşinyanın xanımı Bakıya gəlir?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə müəyyən irəliləyişlər müşahidə olunur. Bu kontekstdə Çində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan arasında baş tutan ayaqüstü görüş maraqla qarşılandı.

Ardınca Mehriban Əliyeva ilə Anna Akopyanın təkrar bir araya gəlməsi və bərabər foto çəkdirmələri xüsusilə diqqət cəlb etdi.

Azərbaycanın birinci xanımı sülh prosesi çərçivəsində Akopyanı Bakıya səfərə dəvət edə bilərmi? Bu, hansı halda mümkündür?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, belə bir dəvət yaxın zamanda reallaşmayacaq:

“Bəli, tərəflər sülhə doğru irəliləməkdə qərarlı görünürlər, Çindəki görüntülər də bunu təsdiqləyir. Lakin hər iki ölkənin cəmiyyətləri belə bir prosesə hazırlanmalıdır. Əks halda, arzuolunmayan nəticələr qaçılmaz ola bilər.


Vəli Əlibəyov

Sülh müqaviləsinin imzalanması da prosesin əsas məqamlarından biridir. Lakin Ermənistan tərəfi bu yolda siyasi iradə nümayiş etdirməli və konstitusiyasında zəruri dəyişikliklər həyata keçirməlidir. Bu, baş verməzsə, sülh danışıqları yalnız kağız üzərində qalacaq və Akopyanın Bakıya səfəri real nəticələr doğurmayacaq.

Digər tərəfdən, son hadisələr sülh müqaviləsi imzalanan kimi Anna Akopyanın dərhal Bakıya gələcəyi şəklində anlaşılmamalıdır. Ümumiyyətlə, bu cür səfərlərin reallaşması üçün zamana ehtiyac var”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri