Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Paşinyanın Türkiyə səfəri: Ankara Bakı İrəvan oxu

Paşinyanın Türkiyə səfəri: Ankara Bakı İrəvan oxu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan nəticə çıxarmalı, dərs götürməlidir

“İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla ətraflı söhbətim oldu”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nikol həmçinin bildirib ki, tərəflər münasibətlərin normallaşma prosesini, regional inkişafı və daimi dialoqun vacibliyini vurğulayıblar. Paşinyanın verdiyi mesaj isə budur: “Ermənistan bölgəmizdə sülh və sabitliyin qurulmasına sadiq qalır”.

Əslində, erməni baş nazirin pozitiv ovqata köklənməkdə yanılmadığını Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatı da təsdiqləyir. İdarədən bildirilib ki, Prezident Ərdoğanla Paşinyanın görüşündə müzakirələr ikitərəfli münasibətlərin normallaşması və Cənubi Qafqazda dialoqun irəliyə doğru aparılması istiqamətlərini əhatə edib.

Məlumatda o da bildirilib ki, tərəflər Türkiyə və Ermənistan arasında mövcud təmasları, eləcə də normallaşma prosesi çərçivəsindəki növbəti perspektivləri nəzərdən keçiriblər. Xüsusi diqqət Bakı və İrəvan arasında sülh danışıqları nəticəsində əldə olunmuş razılaşmalara yönəlib. Ərdoğan bildirib ki, Ankara qarşılıqlı fayda prinsipləri əsasında regionun inkişafını hədəf seçən təşəbbüsləri dəstəkləmək kursunu davam etdirəcək.

Ərdoğan Paşinyanla görüşdə həmçinin qeyd edib ki, ölkəsi regionda sabitliyi möhkəmləndirmək üçün bütün diplomatik kanallardan yararlanır. Türkiyə lideri İsrail–İran qarşıdurmasının ayrı-ayrı məqamlarına diqqət çəkərək, gərginliyin azaldılması istiqamətində səylərin əhəmiyyətini vurğulayıb. O, vəziyyətin daha mürəkkəb xarakter almasının qarşısını almaq üçün region liderləri ilə sıx məsləhətləşmələr apardığını deyib. Vacib məqamlardan biri də budur ki, Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatında Paşinyanın səfərinə sözügedən gərginliyin törətdiyi təhlükəsizlik çağırışları fonunda yaşanmış hadisə prizmasından yanaşılıb və səfər Ankaranın inkişafına çalışdığı dialoq prosesindəki mühüm addım kimi qiymətləndirilib.

Belə nəticəyə gəlmək olar ki, Türkiyə tərəfi Ermənistanın regiondakı mürəkkəb siyasi situasiyanın əlavə gərginlik mərkəzi olmayacağını vurğulayır. Əslində, Paşinyanın Prezident Ərdoğanla təmasdan əvvəl qardaş ölkənin erməni icması ilə görüşdə dedikləri də onu göstərir ki, rəsmi İrəvan regional gərginliyə motivə deyil, hansısa başqa planlar qurmur, onun öz gündəmi var. Gündəm isə aydındır. Birincisi, Azərbaycanla sülh müqaviləsinin imzalanması müstəvisində Cənubi Qafqazda sabitliyin və inkişafın qərarlaşması. İkincisi, Türkiyə ilə münasibətlərin normallaşması.

***

Bəli, hər şey yolunda getsə, deyə bilərik ki, bir ilk yaşanır. Söhbət erməni amilinin qlobal gərginliklərdə alətə çevrilməkdən uzaq durmasından gedir. Görəsən, vurğuladığımız tam mənada mümkün olacaqmı? Bunu zaman göstərəcək. Normallaşmadan söz düşmüşkən isə bildirək ki, Paşinyan Türkiyənin erməni icması ilə görüşdə məhz bu məsələnin üzərində geniş dayanıb: “Əslində, biz Türkiyə ilə münasibətlərə sıfır nöqtəsindən başladıq. Bu, yeni münasibətlər qurmaq imkanı deməkdir və ölkələrimizin maraqlarından irəli gəlir”.

Paşinyanın bildirdiyinə görə, rəsmi İrəvan Türkiyə tərəfi ilə 2021–2022-ci illərdə aparılan müzakirələr nəticəsində belə nəticəyə gəlib ki, “əgər gündəliyi üzərimizə götürürüksə, onun mümkün və həyata keçirilə biləcəyinə inanmalıyıq. Əks halda, özümüzü aldatmış, cəmiyyətimizə, beynəlxalq tərəfdaşlarımıza, Türkiyəyə yanlış siqnal vermiş olarıq və bu, çox pis başlanğıc olar”.

Əlbəttə, Paşinyanın dilə gətirdiyi fikirlərdə müəyyən pafos yükü var. Bununla belə, Ermənistanın Türkiyə ilə münasibətləri, həqiqətən, qaydaya salmaq istədiyi məlumdur. Çünki bu, ilk növbədə, onun özünə lazımdır. Deməli, rəsmi İrəvanın normallaşma prosesində daha irəli getmək istiqamətində cəhdlər göstərəcəyini söyləmək mümkündür. Normallaşmaya gəldikdə, Paşinyan hazırkı prosesin, faktiki olaraq, 2022-ci ildə Praqada Türkiyə Prezidenti Ərdoğanla ilk görüşdən sonra başladığını vurğulayıb. Onun sözlərinə görə, həmin görüşdən sonra Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələrin dialoqu olub, sonra isə xarici işlər nazirləri arasında fəal təmaslar başlanıb: “Keçən il Nyu-Yorkda mənim Türkiyə Prezidenti ilə görüşüm oldu. Bu müddət ərzində bir neçə dəfə telefonla danışmışıq və əlbəttə ki, bu, çox mühüm mərhələdir”.

Onu da bildirək ki, Ankara–İrəvan normallaşmasının vacib seqmenti Türkiyə–Ermənistan sərhədlərinin açılmasıdır. Ancaq müxtəlif vaxtlarda erməni tərəfi normallaşmanı Azərbaycanla münasibətlərdən kənar tutmağa çalışıb, unudub ki, vaxtilə sərhədlər məhz ölkəmizə, daha doğrusu, ölkəmizin üzləşdiyi işğala görə bağlanmışdı. Deməli, ortaya məntiqi nəticə çıxır ki, yenə də məsələdə aparıcı söz sahibi Azərbaycandır və erməni iqtidarı, yumşaq desək, unutqanlığı bir kənara qoymalıdır. Paşinyanın Türkiyəyə səfərinin ümumi ritorikasına diqqət yetirsək, rəsmi İrəvanın reallığı anladığını söyləmək mümkündür. Amma Ermənistanın anlamalı olduğu daha bir məqam da var. Söhbət Zəngəzur dəhlizindən gedir.

***

Məlumdur ki, Paşinyanın Zəngəzur dəhlizinə alternativi – “Dünyanın kəsişməsi” təşəbbüsü var. O, məsələ barədə Ankarada ermənilər qarşısında çıxış edərkən də söz açdı, bəzi məqamları vurğuladı, öz aləmində prinsipiallıq göstərdi. Əlavə edək ki, Nikol bir müddət əvvəl “Dünyanın kəsişməsi”nə fokuslanan plan da təqdim etmişdi. Onun planına əsasən, regional kommunikasiyalar üçün iki seqment var: Dəmir yolu və avtomobil yolu. Paşinyan avtomobil yolu üzrə Laçın–Kornidzor–Marqara marşrutu üzərində dayanmışdı. Baş nazir yüklərin Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna, oradan Türkiyə ilə sərhəddəki Marqaraya doğru hərəkətini cızmış, beləliklə regional kommunikasiyaları, bir başqa dildə desək, dağa-daşa salmışdı. Dəmir yolu əlaqəsinə gəldikdə, Paşinyan Naxçıvana dəmir yoluna o halda razıdır ki, Ermənistan da həmin yoldan, yəni ümumən Naxçıvandan keçərək özünün digər ərazilərinə getmək imkanı qazansın. Başqa sözlə desək, Nikol Mehri–Yerasx dəmir yolu marşrutunu irəli sürmüşdü.

O da məlumdur ki, ölkəmiz Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” formatını məqbul sayır. Yəni, yolda hansısa gömrük və sərhəd yoxlanışı həyata keçirilməsin. Paşinyanın bir qədər əvvəl diqqətə çatdırdığımız planında isə dəmir yolu əlaqəsinin gömrük və sərhəd nəzarəti olmadan bərpası barədə söz açılmamış, prinsipial məqamın üzərindən sükutla keçilmişdi. Ümumən, belə təsəvvür formalaşdırmışdı ki, baş nazirin məqsədi vəziyyəti mürəkkəbləşdirmək, dəmir yolu əlaqəsini avtomobil yolu əlaqəsindən ayrı tutmaqla, habelə Laçın–Kornidzor–Marqara marşrutunun əhəmiyyətini artırmaqla Naxçıvana yolu lazımsız məsələyə çevirməkdir.

İqtisadi baxımdan da rentabelli olmayan belə yanaşmanı Azərbaycan məqbul saymadığı kimi, Paşinyanın düşüncəsi Türkiyənin də mənafeyinə uyğun deyil. Şüb-

həsiz, onun mövqeyi Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsinə də təsirsiz ötüşmür. Çünki regional kommunikasiyaların işləklik fazasının, belə demək mümkünsə, Türkiyə uzantısı həlledicidir. Məhz bu səbəbdən Paşinyan təklif etdiyi avtomobil yolunun Türkiyə mənzilini müəyyənləşdirir. O daşımaların istiqamətinin hara olduğunu anlayır.

Ancaq niyəsə Nikol Ankaranın rentabelli dəmir yolu əlaqəsinə üstünlük verdiyini, daha doğrusu, Naxçıvan yolunu əsas götürdüyünü yaddan çıxarır. Halbuki, yaddan çıxarmasa, qardaş ölkənin erməni icması ilə görüşdə ünvanladığı “Ermənistan Türkiyə münasibətlərində nə dəyişdi” ritorik sualına dolğun cavablar tapar, xırda irəliləyişlər üzərində dayanmazdı. Məsələn, o deyir ki, bir neçə il əvvəl, hansısa durumla bağlı Türkiyənin mövqeyini aydınlaşdırmaq lazım gələndə və ya Türkiyə Ermənistanın mövqeyini bilmək istəyəndə, hər iki tərəf üçüncü ölkələrə müraciət edirdi. “Düşünürəm ki, artıq uzun müddətdir Türkiyə ilə birbaşa təmaslarımızın mövcudluğu vacibdir. Bu, müəyyən gündəliklərin formalaşdırılması və müzakirələrin aparılması üçün zəruri və əhəmiyyətli şərtdir. Mən təkcə ikitərəfli səviyyədə keçirilən görüşləri nəzərdə tutmuram. Əvvəlki dövrlə müqayisədə indi Türkiyə ilə təmaslarımız çox intensivdir. Müzakirələrimiz gələcək hadisələrin inkişafına müəyyən təsir göstərəcək və erməni–türk münasibətlərinə yeni təkan verəcək. Bu münasibətləri Ermənistan və Türkiyə arasında dövlətlərarası münasibətlər kimi formalaşdırmaq borcumuzdur”, – deyən Paşinyan ictimai müstəvidə problemlərin qaldığını da vurğulayıb.

***

Sonda belə bir qənaətə gəlmək mümkündür ki, ümumən, Paşinyanın Türkiyəyə səfərini pozitiv qiymətləndirmək mümkündür. Axı Nikol Ərdoğanı Ermənistana dəvət etdiyini, Türkiyə liderini İrəvanda görməkdən məmnunluğunu diqqətə çatdırıb. Güman edirik ki, həmin səfər də reallaşacaq və Ankara–İrəvan gündəliyi zənginləşəcək. Başqa yol yoxdur. Çünki Türkiyə böyük və güclü dövlətdir. Ancaq yaxşı olar ki, Ermənistanda bu amil bütün spektrlər üzrə nəzərə alınsın.

Digər tərəfdən, Nikol Ankara ilə münasibətlər kontekstində daxili ictimai rəyi yenməyi bacarmalıdır. Diqqət yetirək, hazırda onun səfərini Ermənistanın maraq və mənafelərini təslim etmək kimi qiymətləndirən revanşist və şovinist kəsim xeyli aktivdir. Bu aktivlik fonunda rəsmi İrəvanın prinsipiallıq və qətiyyət göstərərək, Ermənistan–Türkiyə normallaşmasındakı ardıcıllığı qoruması, eyni zamanda, məsələyə kompleks şəkildə yanaşması son dərəcə vacibdir. Paşinyanın sosial şəbəkə paylaşımında ifadə etdiyi sülhə və sabitliyə sadiqliyin sınağı budur.

Kompleks və fundamental yanaşmanın detallarını isə vurğuladıq. Uzun sözün qısası, Ermənistan Türkiyə ilə yaxşı olmaq istəyirsə, Azərbaycanla da keçinməyə, səmimi və dürüst davranmağa məhkumdur. Fikrimizin təsdiqi baxımından saysız-hesabsız arqumentəri sadalaya bilərik. Onlardan yalnız birinin üzərində dayanaq və bildirək ki, Paşinyanla eyni vaxtda Prezident İlham Əliyev də Türkiyədə səfərdə idi. Nəzərə alaq ki, səfər zamanı təkcə qardaş ölkənin Kahramanmaraş bölgəsində Azərbaycan təntənəsinin yaşanmasının özü hər şeyi deyir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri