Icma.az
close
up
RU
Əliyevdən Ermənistana mühüm mesaj “Başqa yol yoxdur”

Əliyevdən Ermənistana mühüm mesaj “Başqa yol yoxdur”

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlar regionda yeni siyasi reallıqlara işarə edir. Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etməyə məcbur olacaq. Prezidentin sözlərinə görə, bu təkliflərdə qeyri-adi, Ermənistan üçün təhdid doğuran heç bir bənd yoxdur. Sadəcə olaraq, real, ədalətli və beynəlxalq hüquqa əsaslanan bir sülh gündəmdədir.

Bakının əlində Ermənistanı sülhə məcbur edəcək nə kimi resurslar var?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, hazırda qlobal və regional səviyyədə geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir:

“Ermənistan öz təhlükəsizliyi ilə bağlı hər hansı real perspektiv görmür. Bu təhlükəsizliyi təmin edə biləcək yeganə güc hələ də Rusiyadır. Lakin Ermənistan hökumətində rəsmi Moskvaya qarşı ciddi inamsızlıq mövcuddur. Onlar iddia edirlər ki, guya Rusiya Qarabağı Azərbaycana təhvil verib.

Baxmayaraq ki, İrəvan rəhbərliyi Qərbə inteqrasiya xəttini seçib, nə Avropa İttifaqı, nə də ümumilikdə Qərb dairələri rəsmi İrəvanın təhlükəsizliyi ilə bağlı konkret bir zəmanət verir. Ermənistanın Qərblə effektiv inteqrasiyası üçün yeni kommunikasiya yollarına ehtiyac var və bu rolun əsas daşıyıcısı Türkiyədir. Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Türkiyə ilə münasibətlər normallaşmadan nə sərhədlər açılacaq, nə də Ermənistanın Qərbə inteqrasiya siyasəti gerçəkləşəcək. Bu gün Ermənistanın iqtisadi və siyasi təhlükəsizlik baxımından inkişaf perspektivi məhz Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından keçir”.

Politoloqun sözlərinə görə, Paşinyan administrasiyası “az itki ilə”, daxili siyasi və sosial risklərə məruz qalmadan sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edir:

Natiq Miri

“Məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaqdır. Bu, artıq sınanmış bir yanaşmadır və heç bir nəticə verməyəcək. Bunun əyani nümunəsi Prezident İlham Əliyevin Avropa İttifaqının son iclasında iştirakı zamanı müşahidə olundu. Ermənistan rəhbərliyi açıq şəkildə gördü ki, Azərbaycan Prezidenti dünya ölkələrinin diqqət mərkəzindədir və bir çox liderlər onunla söhbət etməyə can atırdı. Hətta Nikol Paşinyanın İlham Əliyevə “kofe içmək” təklifi də əslində onunla ünsiyyət qurmaq və münasibətləri müzakirə etmək ehtiyacından irəli gəlirdi.

Xatırlatmaq lazımdır ki, 2021-ci il növbədənkənar parlament seçkilərində erməni xalqı Paşinyana sülh və sabitlik vədi ilə mandat vermişdi. Əgər o, 2026-cı il seçkilərinə sülh müqaviləsi imzalanmadan getsə, bu, siyasi intihar olar. Paşinyanın seçkiyə qədər əldə edə biləcəyi yeganə ciddi nailiyyət Azərbaycanla imzalanacaq sülh müqaviləsi olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri