Icma.az
close
up
RU
Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir ŞƏRH

Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, bu gün dünyada dialoq sadəcə diplomatik ifadə deyil, sülh və təhlükəsizlik üçün real ehtiyacdır. “Ortaq gələcək naminə dialoq” mövzusunda təşkil olunan Forum müxtəlif ölkələrdən gələn qonaqları bir araya gətirsə də, burada səslənən fikirlərin ünvanı əslində bütün dünya idi.

Çıxışın ən diqqətçəkən tərəfi Azərbaycanın mədəni müxtəliflik, qarşılıqlı hörmət və həmrəylik modelinin önə çəkilməsi oldu. Prezident qeyd etdi ki, Azərbaycan tarix boyu Şərqlə Qərbin, müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi tanınıb. Bu, sadəcə coğrafi mövqe ilə bağlı deyil. Ölkəmizdə müxtəlif millətlərin və dini icmaların bir ailə kimi yaşaması, cəmiyyətdə qarşılıqlı anlayışın qorunması Azərbaycanın ən dəyərli xüsusiyyətlərindən biridir.

Məncə, bu fikirlərin gənclər üçün xüsusi mənası var. Çünki biz bəzən fərqliliyi problem kimi görməyə öyrəşirik. Halbuki fərqli dil, din, fikir və mədəniyyət insanları bir-birindən uzaqlaşdırmalı deyil. Əksinə, düzgün münasibət olduqda bu fərqlər cəmiyyəti daha zəngin və güclü edir. Azərbaycanın timsalında bunu görmək mümkündür: azərbaycançılıq ideyası hamını vahid məqsəd ətrafında birləşdirən əsas dəyərlərdən biridir.

Prezident İlham Əliyev çıxışında ölkəmizin son 35 ildə keçdiyi yola da toxundu. Bu yol asan olmayıb. İşğal, qaçqınlıq, iqtisadi çətinliklər və uzun illər davam edən qeyri-müəyyənlik Azərbaycan xalqının qarşısında ciddi sınaqlar yaradıb. Ancaq xalq öz gücünə, birliyinə və dövlətinə güvənərək bu çətinlikləri geridə qoyub. Ərazi bütövlüyünün və suverenliyin bərpası da bu iradənin ən böyük nəticəsi kimi təqdim olundu.

Çıxışda diqqət çəkən məqamlardan biri Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi idi. Prezident vurğuladı ki, ölkəmiz sonsuz qarşıdurma və qisas yolu seçməyib. Bu yanaşma çox vacibdir. Çünki müharibənin ağrısını yaşayan xalqlar üçün sülh haqqında danışmaq bəzən çətin görünə bilər. Amma gələcəyi qurmaq üçün ən doğru yol məhz qarşıdurmanı davam etdirmək deyil, təhlükəsiz və sabit mühit yaratmaqdır.

Bununla yanaşı, beynəlxalq hüquq və ikili standartlar məsələsi də çıxışın əsas mövzularından oldu. Azərbaycan uzun illər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması ilə üzləşib. Bu, beynəlxalq münasibətlərdə ədalət anlayışının nə qədər vacib olduğunu göstərir. Əgər beynəlxalq hüquq hər kəs üçün eyni qaydada işləmirsə, insanlar da həmin sistemə inamını itirir. Ona görə də ədalətli dünya yalnız sənədlərlə yox, konkret və bərabər münasibətlə qurula bilər.

Forumun “Ortaq gələcək naminə dialoq” adı da təsadüfi deyil. Hazırkı dünyada müharibələr, dini dözümsüzlük, informasiya qarşıdurması və siyasi gərginliklər insanların bir-birini eşitməsini çətinləşdirir. Belə bir zamanda Bakıda keçirilən bu Forum dialoqun hələ də mümkün olduğunu xatırladır. Əsas məsələ danışmaq üçün masa tapmaq deyil, bir-birini dinləmək istəyinin olmasıdır.

Gənc nəsil kimi bizim də bu prosesdə rolumuz var. Sülh yalnız dövlət başçılarının, diplomatların və beynəlxalq təşkilatların işi deyil. Gündəlik həyatda fərqli fikrə hörmətlə yanaşmaq, qarşı tərəfi anlamğa çalışmaq, nifrət dilindən uzaq durmaq da dialoqun bir hissəsidir. Böyük dəyişikliklər bəzən məhz kiçik münasibətlərdən başlayır.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan öz milli dəyərlərinə sadiq qalmaqla yanaşı, qlobal məsələlərə də açıq mövqe sərgiləyir. Prezident İlham Əliyevin çıxışının əsas mesajı aydın idi: ortaq gələcək qurmaq üçün qarşılıqlı hörmət, ədalət, müstəqilliyə hörmət və səmimi dialoq lazımdır. Dünya nə qədər mürəkkəbləşsə də, insanları birləşdirən dəyərlər qorunarsa, gələcəyə ümidlə baxmaq mümkündür.

Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri