Icma.az
close
up
RU
Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixi günlərini yaşayır. Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, 2 gün öncə Milli Liderin anadan olmasının 103-cü ildönümündə cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlar ilə görüşdü:

“Uzun fasilədən sonra keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir.

Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir. Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan, eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilib.

Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir. Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhvə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb.

Bugünkü Azərbaycan, cənab Prezidentin rəhbərliyi yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 May 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri