Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Əliyevin Çin səfərində diqqətçəkən DETAL: Mühüm mesaj verilibmiş

Əliyevin Çin səfərində diqqətçəkən DETAL: Mühüm mesaj verilibmiş

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfər edib. Avqustun 31-də səfər çərçivəsində dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Görüş zamanı Azərbaycan-Çin əlaqələrinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə olunub. Xüsusilə siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və enerji sahələrində birgə layihələrin reallaşdırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki rolu vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakı ilə bağlı məsələlərə toxunaraq bu qurumun region ölkələri arasında siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsində əhəmiyyətini qeyd edib.

Məsələ ilə bağlı danışan politoloq Asif Nərimanlı News24.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi bəzi mesajlar, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı çıxışı təsadüfi deyildi və məhz Çində bu məsələnin gündəmə gətirilməsi xüsusi məna daşıyır:

“ABŞ bu dəhlizin açılması ilə təkcə Cənubi Qafqazda təsirini artırmaq niyyətində deyil. Əsas məqsəd Orta dəhlizdə özünü möhkəmləndirmək və bununla da Çinin bu marşrut üzərindən genişlənməsinin qarşısını almaqdır. Bu, nəticə etibarilə, Çinin Orta dəhlizə marağını azalda bilər. Ona görə də Prezidentin ŞƏT-in sammitində bu məsələni xüsusi vurğulaması Çini prosesə cəlb etmək və onun dəhlizə isti yanaşmasına nail olmaq məqsədi daşıyır”.

Politoloq əlavə edib ki, regiondakı geosiyasi maraqlar fonunda digər ölkələrin mövqeləri də nəzərə alınmalıdır. Onun fikrincə, Hindistanın Azərbaycana qarşı sərgilədiyi münasibət birbaşa Cənubi Qafqaz siyasətindən qaynaqlanır:

“Hindistan İran və Ermənistan vasitəsilə Avropa bazarlarına çıxış əldə etmək istəyir. Bu səbəbdən də, Azərbaycanı zəiflətmək, alternativ marşrut kimi Ermənistan üzərindən keçən yolları gündəmə gətirmək xəttini seçib. Əksinə, Pakistanla Azərbaycanın sıx münasibətləri var və bu da Hindistanın Bakıya qarşı daha sərt mövqedə dayanmasına gətirib çıxarır”.

Politoloq hesab edir ki, ŞƏT çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinin açıqlanması həm Çinin maraqlarına toxunur, həm də Hindistanın regiondakı siyasətinə dolayı cavab xarakteri daşıyır.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri