Icma.az
close
up
RU
Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu İlk dəfə ona dedi

Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu İlk dəfə ona dedi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə İranla münasibətlər və Prezident Məsud Pezeşkian barədə səsləndirdiyi fikirlər diqqət çəkir. Onun İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin mövqeyinə üstünlük verməsi dövlət siyasətində ciddi koordinasiyanın olduğunu göstərir. Eyni zamanda, Məsud Pezeşkianın “qan qardaşı” kimi təqdim olunması dövlətlərarası əlaqələrdə etimad, soydaşlıq və milli-mədəni bağların nə qədər önəmli olduğunu ortaya qoyur.

Bu kontekstdə “qan bağı” anlayışı diplomatiyada nə qədər təsirli ola bilər? Pezeşkianın azərbaycanlı kimliyi İran-Azərbaycan münasibətlərində hansı rolu oynayır?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Prezidentin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə beynəlxalq münasibətlərin və regionda baş verən siyasi proseslərin izahı baxımından ciddi əhəmiyyət daşıyır:

“Azərbaycan Prezidenti mütəmadi olaraq belə televiziya kanallarına müsahibə verməklə təkcə regional məsələləri deyil, həm də dünyada baş verən proseslərə münasibətini bildirir. Dünənki müsahibə də bu qəbildəndir. Prezidentin İranla bağlı verdiyi bəyanatlar kifayət qədər diqqət çəkdi. Məsud Pezeşkianın İranda prezident seçilməsindən sonra münasibətlərin necə olacağı maraq doğururdu. Pezeşkianın prezident seçilməsinin onun Azərbaycanla bağlı apardığı siyasətin iki ölkə münasibətlərinin istiləşməsinə səbəb olacağı gözlənilir. Bu da onun əslən azərbaycanlı olması ilə bağlıdır”.

Politoloq qeyd edib ki, rəsmi Bakı Pezeşkianın ölkəmizə münasibətini yüksək qiymətləndirir:

Həmçinin oxuyun:

Pezeşkianın sözləri SEPAH-ı silkələdi: Bakıya görə İrana gözlənilməz zərbə

“O, hakimiyyətə gələndə İranın Azərbaycanla münasibətlərinə pessimist yanaşanlar var idi. Hesab edirdilər ki, onun prezident seçilməsi iki ölkənin münasibətlərinə ciddi təsir göstərməyəcək, çünki İran hakimiyyətinin dayağı ali rəhbərdir (Əli Xamenei – red). Hesab edirdilər ki, Pezeşkian Azərbaycan-İran münasibətlərinin inkişafına töhfə verməyəcək. Lakin qısa müddət ərzində həm Azərbaycana, həm də Ermənistana səfəri və verdiyi konkret mesajlar onu deməyə əsas verir ki, pessimist düşünənlər yanılır. Pezeşkianın Azərbaycanla isti münasibəti İranda bəzi dairələrin fikrini dəyişə bilib”.

Ə.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pezeşkianı “qan qardaşı” adlandırması təsadüfi deyil:

“Bu, sadə ifadə deyil. İlk növbədə, iki lider arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Pezeşkianın İran Prezidenti olması onun administrasiyasında Azərbaycanla münasibətlərin yaxşılaşmasına tərəfdar olan qüvvələrin mövcudluğundan xəbər verir. Azərbaycan İrandakı bütün qüvvələrlə işləmək istəyir, amma əlbəttə ki, bu qüvvələrin hamısı bizi istəmir. Hesab edirəm ki, Pezeşkian öz imkanları daxilində əlindən gələni edərək iki ölkənin münasibətlərinin normallaşmasına çalışacaq. Təbii ki, bu, təkcə onun şəxsi təşəbbüsü deyil, amma hər halda bu istiqamətdə səylər göstərəcək.

Əsas odur ki, Azərbaycan Prezidentinin müsahibəsində dediyi məqamlar göstərir ki, ölkə başçısı da bu səyləri görür və müsbət qiymətləndirir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri