Icma.az
close
up
RU
​ƏLİZADƏ MANDATDAN MƏHRUM EDİLƏ BİLƏR? Hüquqşünas RƏYİ

​ƏLİZADƏ MANDATDAN MƏHRUM EDİLƏ BİLƏR? Hüquqşünas RƏYİ

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda ölümlə nəticələnən kütləvi dava ətrafında yaranan müzakirələr davam edir. Belə ki, hadisə zamanı “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin öldürülməsi ilə bağlı saxlanılan şəxslər arasında Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də olub. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cəmiyyətdə ciddi rezonans doğuran hadisə isə təkcə baş verən ölüm faktı ilə deyil, saxlanılan şəxslərdən birinin deputat ailəsinin üzvü olması ilə də diqqət çəkir. Hadisədən sonra deputatın ictimai məsuliyyəti və belə bir insidentin onun siyasi fəaliyyətinə mümkün təsirləri müzakirə mövzusuna çevrilib.

Bununla belə, hüquqi baxımdan deputatın ailə üzvünün törətməkdə ittiham olunduğu əməllərə görə onun özünün məsuliyyət daşıyıb-daşımaması ayrıca qiymətləndirilməlidir.

İnsidentdən iki gündən artıq vaxt keçməsinə baxmayaraq, Arzuxan Əlizadə məsələ ilə bağlı hələlik ictimaiyyətə açıqlama verməyib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini olan deputatın susqunluğu da əlavə müzakirə mövzusu olub. Bəziləri onun deputat mandatını təhvil verməli olduğunu bildirirlər.

Bəs, deputatın oğlunun ölüm hadisəsi ilə nəticələnən davaya görə həbs olunması A. Əlizadənin mandatını itirməsi üçün hüquqi əsas yaradırmı?

Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı "AzPolitika"ya şərhində buna aydınlıq gətirib.

Hüquqşünas bildirib ki, deputatın oğlunun cinayət hadisəsinə görə saxlanılması onun mandatdan məhrum edilməsi üçün hüquqi əsas deyil.

Onun sözlərinə görə, deputat yalnız özü cinayət törətdiyi halda və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilə bilər: “Deputat bu hala görə, əlbəttə ki, mandatından məhrum edilə bilməz. Özü könüllü şəkildə istəyərsə, mandatından imtina edə bilər. Belə deyək ki, deputat yalnız cinayət törətdikdə, o da məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra mandatından məhrum edilə bilər. Oğlunun məsələsinə görə deputat mandatından məhrum edilə bilməz”.

Ə.Həsənov vurğulayıb ki, demokratik ölkələrdə belə hadisələrdən sonra deputatlar ictimai qınaq qarşısında istefa verə və ya növbəti seçkilərdə seçicilərin dəstəyini itirə bilərlər.

Qeyd edək ki, Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisinin deputatı 7 halda mandatından məhrum edilir. Bunlar aşağıdakılardır:

- Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

- Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

- Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

- Özü imtina etdikdə;

- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

E. Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri