Icma.az
close
up
RU
Elm adamlarından inqilabi kəşf: Ölümsüzlüyün açarı tapıldı!

Elm adamlarından inqilabi kəşf: Ölümsüzlüyün açarı tapıldı!

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Osaka Universitetinin alimləri yaşlanma prosesini geri çevirmək üçün mühüm bir kəşfə imza atıblar. Araşdırmalar nəticəsində AP2A1 adlı protein alt biriminin yaşlanmış hüceyrələrin strukturlarında mühüm rol oynadığı müəyyən edilib.
Bakıvaxtı.az
xəbər verir ki,alimlər bu proteinin fəaliyyətini azaltmaqla hüceyrə yenilənməsini sürətləndirmək, əksinə, artırmaqla isə yaşlanmanı sürətləndirmək mümkün olduğunu aşkar ediblər.

Tədqiqatın baş müəllifi Pirawan Chantachotikul bildirib ki, yaşlanmış hüceyrələrin ölçülərinin niyə böyük qaldığını tam anlamasalar da, stress liflərinin yaşlı hüceyrələrdə gənc hüceyrələrə nisbətən daha qalın olduğunu müşahidə ediblər. Bu isə həmin liflərdəki zülalların hüceyrənin böyüklüyünü qorumağa kömək etdiyini göstərir.

Bu ehtimalı araşdırmaq üçün elm adamları AP2A1 (Adaptör Protein Kompleksi 2, Alfa 1 Alt Birimi) üzərində təcrübələr aparıblar. Bu zülal xüsusilə fibroblastlar və epitel hüceyrələrində yaşlanma prosesində daha aktiv şəkildə iştirak edir. Mütəxəssislər AP2A1-in fəaliyyətini yaşlı hüceyrələrdə bloklayaraq və gənc hüceyrələrdə artıraraq fərqli davranışları izləyiblər.

Aparılan təcrübələrin nəticələrinə əsasən, tədqiqatın aparıcı müəlliflərindən biri olan professor Şinci Dequçi bildirib ki, AP2A1-in yaşlı hüceyrələrdə baskılanması onların yenilənməsini təşviq edib, əksinə, gənc hüceyrələrdə çoxalması isə yaşlanmanı sürətləndirib.

Bundan əlavə, tədqiqatçılar AP2A1-in hüceyrələrin kollagen matrisi ilə əlaqəsinə kömək edən və stress lifləri boyunca hərəkət edən integrin β1 proteini ilə sıx bağlı olduğunu müəyyən ediblər. Məlum olub ki, integrin β1 fibroblastlarda hüceyrə və substrat arasında bağlanmanı gücləndirir və bu, yaşlanmış hüceyrələrin struktur xüsusiyyətlərini izah edə bilər.

Chantachotikulun sözlərinə görə, nəticələr yaşlanmış hüceyrələrin AP2A1 və integrin β1 zülalları vasitəsilə hüceyrədənkənar matriksə daha güclü yapışaraq böyük ölçülərini qoruduğunu sübut edir.

Tədqiqat qrupu hesab edir ki, bu kəşf yaşlanma ilə bağlı xəstəliklərin müalicəsində yeni perspektivlər aça bilər.
Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri