Elm adamlarının tənbəlliyi böyük kəşfə səbəb oldu
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün milyardlarla insanın istifadə etdiyi veb-kameraların (webcam) yaranma səbəbi böyük elmi kəşf yox, sadəcə Kembric Universitetinin kompüter alimlərinin tənbəlliyi olub.
Metbuat.az xəbər verir ki, 1991-ci ildə laboratoriyada çalışan tədqiqatçılar hər dəfə kofe içmək üçün başqa otaqdakı kofe aparatının yanına gedəndə onun boş olduğunu görüb məyus olublar. Bu uzun yolu boşuna getməmək üçün alimlər kofe aparatının qarşısına kiçik kamera quraşdırıblar.
Bildirilir ki, onlar kameranı yerli kompüter şəbəkəsinə bağlayaraq xüsusi proqram yazıblar. Beləcə, laboratoriyadakı hər kəs öz kompüter ekranından kofe qabında kofe olub-olmadığını canlı olaraq görə bilib. 1993-cü ildə isə bu sistem rəsmi olaraq internetə qoşulub və dünyadakı ilk veb-kamera yayımı başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 08 İyul 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















