Icma.az
close
up
RU
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Azərbaycanlı tələbələrin xaricdə, xüsusilə Türkiyədə aldıqları ali təhsili ölkədə davam etdirməklə bağlımüraciətlərinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən imtinalar son vaxtlar ictimai narazılığa səbəb olub. Etirazlar artdıqca Agentlik məsələ ilə bağlı rəsmi açıqlamayayıb. Lakin yayımlanan bu açıqlama narazılığı azaltmaq əvəzinə, ictimaiyyətin suallarını dahada artırıb.

Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bildiribki, “Təhsilin kredit sisteminin təşkili qaydalarında ”bakalavr pilləsi üçün 240 kredit müəyyən edilib, hər semestr üçün tələbə 30 kredit yığmalıdır.” Buyan aşma Nazirlər Kabinetinin 348 nömrəli qərari ilə əsaslandırılır. Lakindiqqətçəkənməqamodurki, Agentlik qeyd edilən maddənin məzmunu tam açmır və yalnız bir hissəsinəəsaslanır. Lakin qeyd edilən Qərarın 3.2.2-ci bəndinə tam nəzər yetrdikdəaçıq şəkildə göstərilir ki: “Əgər tələbəninfənlərdən akademik borcu varsa və ya bu borc prerekvizit fənlərdən qaynaqlanırsa, bu halda tələbənin topladığı kredit sayı normadan az ola bilər.”

Yəni qanun kredit azlığına şərait yaradır. Agentlik isə bu bəndə riayət etmədən, hər semestr üzrə 30 kreditdən az toplamış bütün tələbələri avtomatik şəkildə rədd edir. Bu isə qanunla ziddiyyət təskil edir.Çünki, yuxarıda istinad edilən normada aydın şəkildə qeyd edilmişdir ki, tələbənin topladığı kredit sayı tələb olunan 30 kredit-dən az ola bilər.Belə olan halda agentliyin mövqeyi qanunverciliklə tam ziddiyət təşkil edir.

Agentliyin direktor müavinin digər mövqeyində isə bildirir ki, xaricdən köçürülmək istəyən tələbələr oxuduqları universitetlərə mərkəzləşdirilmiş qəbul imtahanı ilə qəbul olunmalıdırlar. Türkiyəüçün bu imtahan “YÖS” olaraq göstərilir. Lakin burada da ziddiyyət ortaya çıxır. Çünki 2023-cü ildə qəbul olan tələbələrin böyük əksəriyyəti universitetlərin özünün təşkil etdiyi YÖS imtahanları ilə qəbulolunublar. TR-YÖS adlı mərkəzləşdirilmiş sistem isə yalnız 2024-cüildən etibarən tətbiq edilir.

Bundan başqa, KQ-02 nömrəli rəsmi qərarını2.13.1-ci bəndindədə “TR-YÖS deyil, sadəcə “YÖS imtahanlarıtələbi nəzərdə tutulmuşdur.

Bu isə bütövlükdə YÖS imtahanları ilə qəbul olmuş bütün tələbələrə münasibətdə keçərlidir.

Yəni Agentliyin mövqeyi Elm və Təhsil Nazirliyi Kollegiyası tərəfindən qəbul edilmiş21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı  ilə tam ziddiyət təşkil edir.

Məsələ ilə bağlı hüquqşunas, Xəzər Konsaltinq vəkil bürosunun vəkili Samir Xudaquluyev Redaksiyamıza məsələ ilə bağlı fikir bildirib. “ Hazırda xaricdə, xüsusilə Türkiyədə ali təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana köçürülməsi iləbağlı ciddi hüquqi nöqsanlar müşahidə olunmaqdadır. Elm və Təhsil Agentliyinin verdiyi izahatlar bu ziddiyyətləri aradan qaldırmır, əksinə sualları daha da artırır. Birinci məsələ kredit məsələsidir. Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildəqeyd olunur ki, əgər tələbənin akademik borcu varsa və bu borc prerekvizit fənlərlə bağlıdırsa,kreditlərin normadan az olması mümkündür. Yəni bu hüquqi şəkildə tanınmış haldır.

İkinci məsələ YÖS imtahanları ilə bağlıdır. 2023-cü ildə tələbələr Türkiyədəki dövlət universitetlərinərəsmi YÖS imtahanları ilə qəbul olunublar. O dövrdə TR-YÖS adlı mərkəzləşdirilmiş sistem mövcud deyildi. TR-YÖS yalnız 2024-cü ildən tətbiq olunmağa başlanıb. Qanunun geriyəşamil olunmaması hüququn əsas prinsipidir. Belə olan halda, 2023-cü ildə qəbul olmuş tələbəyə 2024-cü ildən qüvvəyəminmiş bir tələbin tətbiq olunması hüquqi baxımdan yolverilməzdir.”

ElmvəTəhsil Agentliyinin rəsmi açıqlamasında ən təəccüblü hissələrindən biri isə belədir“Bəzi xaricdə təhsil alan tələbələr ildə 1-2 dərs götürüb, təhsillərini 8, 9, bəzən 10 ilə kimi davam etdirirlər.” Halbuki Türkiyə Respublikasının ali təhsil sistemində bakalavr təhsilinin maksimum müddəti 7 ildir. Bu müddətdə məzun olmayan tələbənin universitetlə münasibəti rəsmi şəkildə dayandırılır. Yəni Agentliyin bu bəyanatıya məlumatsızlıqdan, ya da ictimaiyyəti çaşdırmaq məqsədi iləverilib. Həriki haldabu, qeyri-pesəkar yanaşmadır.

Apelyasiya hüququ yaxşı xəbər” sayılırsa…

Agentlik acıqlamasında bildirir ki, vətəndaş qərarla razı deyilsə, “yaxşı xəbər budur ki,apelyasiya komissiyası mövcuddur”.

Buisəictimaiyyətdə ironik qarşılanıb.Çünki bu, vətəndaşın zaten mövcud olan təbii hüququdur. Hüquq normalarının təmin edilməsi bir dövlət orqanı tərəfindən “müsbət jest”kimi təqdim edilə bilməz. Daha da təəssüf doğuran odur ki, həmin apelyasiya şikayətləri də yenidən elə imtina qərarını verən eyni Agentlik tərəfindədəyərləndirilir. Buisə obyektivlik və ədalət prinsiplərinə ziddir.

Təhsil eksperti Kamran Əsədli sosial şəbəkə hesabında məsələyə münasibət bildirərək Agentliyin açıqlamasını sərt tənqid edib: “Təhsildə məsuliyyət- yalnız dərs deməklə bitmir. Bu, həm də qanunlara, etikaya, vətəndaşhüquqlarına hörmətlə yanaşmaq deməkdir. Sanki onların qərarları qanunla yox, şəxsi istəkləölçülür.

Bu, təkcə idarəçilik problemi deyil. Bu, təhsilin mahiyyətini zədələyən, gənc nəslə verilən mesajıkorlayan, cəmiyyətin ədalət hissini sarsıdan təhlükəli bir tendensiyadır. Qanunun tətbiqi fərdlərin kimliyinə görə dəyişirsə, orada hüquqdan yox, özbaşınalıqdan danışmaq olar. Vəzifədə olanlar unutmamalıdır: təhsil sahəsi cəzasızlıq arenası deyil. Bu sahədəki hər bir qərar yüzlərlə, minlərlə insanın taleyinə toxunur. Məsuliyyətsizlik- gec-tez inamsızlıq, ədalətsizlik vəsosial parçalanma ilə nəticələnir. Cəmiyyət isə bunu artıq qəbul etmir. Susmur. Baxışlar dəyişir.Cavab tələb olunur.Hesabat tələb olunur.”

cumhuriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see210

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see205

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see169

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri