Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

Elm və sənətin parlaq ulduzları

Elm və sənətin parlaq ulduzları

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni ilin ötən günləri bir sıra elm və sənət adamının yubileyinə təsadüf edib.    Bu yazıda onların hər birindən qısaca bəhs etmək istəyirik.  

Sazın, sözün vurğunu

Yanvarın 1-də məşhur Aşıq Pəri Məclisinin qurucusu, Əməkdar mədəniyyət işçisi Narınc Xatunun 95 yaşı tamam olub. Neftçala rayonunun Bankə qəsəbəsində dünyaya göz açmış Narinc Xatun xalq yaradıcılığı üslubunda şeirlər yazması və qadın saz-söz ustalarını bir araya gətirməsi ilə tanınıb. Onun “Burla Xatun nəvəsiyəm”, “Mən xalqımın aşiqiyəm” adlı şeir, dəyişmə, bayatı və dastan topluları dillər əzbəri olub. Aşıq Mikayıl Azaflı ilə birgə yaratdığı “Azaflı və Narınc Xatun dastanı” zamanında el məclislərində geniş yayılıb.
Xalq şairi Hüseyn Arif Azərbaycan Aşıqlar Birliyinə sədr seçilən kimi (1984-cü il) Narınc Xatuna Aşıq Pəri Məclisini yaratmaqda kömək edib. Çox keçmədən bu məclisin səsi-sorağı aləmə yayılıb. Sazı bağrına basıb dilləndirən istedadlı xanım şair və aşıqlarımızı pərvanələr kimi sənət işığına toplayıb Narınc Xatun.  O, səyyar xəyalı ilə Borçalını, Təbrizi, Qarabağı – güneyli-quzeyli Azərbaycanı dolaşıb. Hər yaradıcı səyahətində yeni-yeni incilər taparaq üzə çıxarıb. Onları təsbeh kimi bir sıraya düzüb və durna qatarıtək göy üzünə pərvazlandırıb.
Mən xalqımın aşiqiyəm,
Demərəm ki, yorulmuşam.
Həqiqətin karvanıyam,
Məhəbbətdən yoğrulmuşam...
“Xalça dili”ndə danışan alim
Narınc Xatundan 15 il sonra eyni gündə Bakıda dünyaya göz açmış Röya Tağıyeva uzun illər Xalça muzeyinin rəhbəri olub. 10 ilə yaxındır ki, “NUR Art House” qalereyasının direktoru, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədridir. Müxtəlif sərgilər təşkil edir və dünyanın qeyri-maddi mədəni irsinin bir parçası olan Azərbaycan xalçalarının təbliğinə mühüm töhfələr verir. 
Röya Tağıyeva çoxsaylı beynəlxalq simpoziumlarda məruzələri ilə Azərbaycan xalçasının fenomenal əriş-arğac poeziyasının incəliklərini sevə-sevə təbliğ edir. Sənətşünaslıq elmləri doktoru, professor, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvüdür. Milli xalça sənətimizi şöhrətləndirən Röya xanım 10 il əvvəl “Şöhrət” ordeni alıb. Ötən bayram günlərində isə mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. O, həmçinin noyabr ayında Cənubi Koreyada 2024-cü il üzrə JIAPICH beynəlxalq mükafatına layiq görülüb.
Gələcəkdən “göndərilmiş” yazıçı
Yanvarın 2-də elmi fantastika janrında dünyanın ən böyük 3 yazıçısından biri   sayılan Ayzek Əzimovun 105 yaşı tamam olub. O, biokimya professoru olmaqla yanaşı, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Bu yöndə yazdığı “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Robot”, “Sözlərin tarixi” kimi əsərlər onu elmi kütlə arasında da sevdirib. Ümumilikdə isə 500-ə qədər əsərin müəllifidir. Amma onu dünyada elmi fantastika janrında yazdığı əsərlər daha çox tanıdıb. “Təməlçilər”, “Kosmik axınlar”, “Marslıların yolu”, “Ölü planet”, “Zamandan qaçış”, “Qızıl qalaktika” kimi elmi-fantastik romanlarında bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı məlumatları insanlara təqdim edib. Onun əsərlərində yaratdığı və ilk dəfə istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazanıb. Məsələn, “robototexnika”, “psixotarix”  və s. terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərə, laboratoriyalara yol alıb.
Bizim üçün fəxarətli bir cəhət də budur ki, ayzekşünasların ötən əsrin 1980-ci illərindəki yazılarında Ayzek Azimovun ata-anasının Azərbaycandan  olduğu göstərilib.  Maraqlı məqamlardan biri də araşdırmaçı qrupların hamısının bu faktla razılaşmasıdır. Ayzek Azimovun dünyanın elmi gələcəyi ilə bağlı verdiyi proqnozlar sonradan bir-bir düz çıxıb. O, fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatı olub. Ömrünün 72-ci ilində Manhettendə (Nyu-York) dünyasını dəyişib. 
Gülüş ustası, təbəssüm sənətkarı
Yubilyarlardan biri də 80 yaşlı mərhum gülüş ustası Səməndər Rzayevdir. Dövlət mükafatı laureatı, Əməkdar artist olub. Rza Təhmasib, Mehdi Məmmədov və Adil İsgəndərovun yetirməsi kimi etimadı doğruldan Səməndər əlçatmaz zirvələrdə yaşayan əfsanəvi səməndər quşu kimi möcüzəli qanadları sayəsində oddan, alovdan sağ çıxan – xatirələrdə qərar tutan sənətkardır.
Sırf yaradıcı şəxsiyyət olan Səməndər Rzayev cəmi 41 il yaşasa da, 61 filmdə çəkilib. Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb və “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı”... adlı tamaşalarda yaddaqalan obrazlar yaradıb. Teleradiodakı çıxışları ilə də əsərlərə öz möhürünü vurub. Xüsusilə “Bulaq” radio verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini 100 minlərlə pərəstişkarı hər zaman həvəslə dinləyib. 
...Səməndər Rzayev epizodik rollarda oynamağa da məmnuniyyətlə razılaşırdı. Bu barədə söz düşəndə deyirdi: “Kiçik açarla da böyük qapılar açmaq olur”. Buna görə də onun kiçik rolları bəzən baş qəhrəmanları belə kölgədə qoyurdu. Beləcə, klassik aktyor sənətimizin ruhunu yaşadan Səməndər Rzayev elə özü də klassik sənətkara çevrilib. Təsadüfi deyil ki, onu “təbəssüm sənətkarı” adlandırırlar. 
75-i başa vuranlar
Ötən həftə daha 2 teatr və kino sənətkarının yubileyi olub. Yanvarın 4-də Rusiyanın Əməkdar artisti, həmyerlimiz İnarə Quliyevanın, ertəsi gün isə Azərbaycanın Əməkdar artisti Kübrabəyim Əliyevanın 75 yaşı tamam olub.
Kinosevərlər İnarə Quliyevanı, ilk növbədə, “Qaynana” filmində Afət, “Alma almaya bənzər” filmində gənc müəllim Aişə, “Dədə Qorqud”da isə Selcan rollarından tanıyırlar. O, həmçinin “Günlərin bir günü”,  “Şir evdən getdi”, “1001-ci qastrol”, “Fənd” və digər filmlərdə maraqlı rollar oynayıb. İnarə xanım operetta tamaşaları ilə də tanınıb. Sonuncu quruluş verdiyi operetta Ştrausun “Qaraçı baron” klassik əsəridir. Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifi olan həmyerlimiz hazırda rejissorluqla məşğuldur və Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir. Eyni zamanda, Teatr məktəbində dərs deyir.
Sənətkarlar diyarı Gəncədə anadan olmuş Kübrabəyim Əliyeva teatrda ilk addımlarını Sumqayıt səhnəsində atıb. Uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, sonra Milli Dram Teatrında çalışıb. Prezidentin fərdi 
təqaüdçüsüdür.
Musiqili Teatrda onun yaratdığı Gövhər xala (“Gözün aydın”, M.Əlizadə), Balı (“Qızıl toy”, R.Heydər), Gülbadam (“Sevgilimin anası”, G.Xuqayev), Sənəm (“Məşədi İbad”, H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri”, R.Əhmədzadə) kimi obrazlar tamaşaçının yaddaşında yaşayır. Milli Dram Teatrında da aktrisa bir-birindən maraqlı rollar ifa edib. Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qaraqoyunlu ana (“Ağqounlular və Qaraqoyunlular”, Ə.Əmirli), Firəngiz (“Ah,Paris… Paris!..”, Elçin),  Ana (“Eloğlu”, A.Şaiq)  kimi obrazlar Kübrabəyim Əliyevanın uğurlu rollarıdır. Onun sanballı televiziya çıxışları da çox olub. Müxtəlif teletamaşalarda canlandırdığı obrazlar bu gün də  fondlarda dəyərli nümunələr kimi qorunub saxlanılır, zaman-zaman təkrar nümayiş etdirilir. “Evləri köndələn yar”da Bazarkomun arvadı, “Analar”da Zərbuta, “İtkin gəlin”də Xədicə, “Sabiqlər”də nazirin arvadı, “Sonuncu məhəbbət”də Ümbülnisə kimi rolları hər kəsin qəlbinə yol tapıb...
P.S: Əlavə edək ki, ötən günlər tanınmış teatr rəssamı, Əməkdar incəsənət xadimi Məmməd Qasımovun 100, Xalq artisti Svetlana Həkimovanın 85, tanınmış şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun 75, Əməkdar artist Fərhad İsrafilovun 70 illik yubileyləri də qeyd olunub. Haqqa qovuşanlara ulu Tanrıdan rəhmət diləyir, həyat və yaradıcılığını davam etdirənlərə isə yeni uğurlar arzulayırıq.

Əli NƏCƏFXANLI  
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri