Icma.az
close
up
RU
Elm və təhsil komitəsinin üzvü Kamran Əsədovdan danışdı: “Cəzalar çox sərtdir”

Elm və təhsil komitəsinin üzvü Kamran Əsədovdan danışdı: “Cəzalar çox sərtdir”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış təhsil eksperti Kamran Əsədov 2025-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında 11 abituriyentə texniki vasitələrlə kömək olunması ilə bağlı açılan cinayət işi üzrə istintaqa cəlb olunub. İttihama görə, o, ekspert tanışı Gündüz Abbasovla cinayət əlaqəsinə girərək imtahanlarda kütləvi şəkildə köçürmə mexanizmi qurub.

Bu məsələ imtahan sistemində təhlükəsizlik və nəzarət mexanizmlərinin yetərli olub-olmaması sualını gündəmə gətirib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, imtahanlarda qeyri-qanuni yollarla uğur qazanmaq cəhdləri hər zaman mövcud olub və bu, təkcə Azərbaycana xas problem deyil:

“Bu gün dünyanın müxtəlif ölkələrində bu problem yaşanır və tez-tez hüquq-mühafizə orqanları, müxtəlif dövlət qurumları məsələyə müdaxilə edirlər. Biz tez-tez Türkiyədə və ayrı-ayrı ölkələrdə bunun şahidi oluruq. Hesab edirəm ki, ümumi götürdükdə Dövlət İmtahan Mərkəzinin sistemi təhlükəsizliyə tam cavab verir və qurum müxtəlif cəhdlərin qarşısını qətiyyətlə alır. Sistemdə ciddi boşluqların olmasını iddia etmək düzgün sayılmaz”.

C.Məmmədovun sözlərinə görə, bu cür hallarla mübarizə üçün möhkəm qanunvericilik bazası da mövcuddur:

“Belə əməllərin cəzası da ağırdır. Hazırda sözügedən məsələ ilə bağlı məhkəmə gedir, iş araşdırılır və ilkin məlumatlar var. Lakin daha konkret nəticə üçün müəyyən müddət lazımdır. Ümumi götürdükdə isə düşünürəm ki, hər birimiz çalışmalıyıq ki, öz fəaliyyətimizdə dürüst olaq, qanunun aliliyini qoruyaq. Biz bütün gücümüzlə bu cür halların baş verməməsi üçün çalışmalıyıq.

Bu gün Azərbaycanda  imtahan prosesi yaxşı qurulub. Tez-tez müxtəlif fikirlər səsləndirilsə də, sistemi qorumalıyıq, onu dağıtmaq olmaz. Bu sistemlə bağlı açıqlama verərkən də hər kəs çox diqqətli olmalıdır və ölkəmizin maraqlarını mütləq nəzərə almalıdır”.   

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri