Icma.az
close
up
RU
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Noyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. 

Bu barədə Missiya.Az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, görüşdə “Cisco” şirkətinin baş vitse–prezidenti və davamlı inkişaf üzrə baş direktoru Mary de Vysocki, kommunikasiya və davamlı inkişaf üzrə icraedici şəxs Cecilia Hughes, Türkiyə, Rumıniya, MDB regionu üzrə baş menecer Didem Duru, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov və ərazi üzrə məsul menecer Fərid Zeynalov iştirak ediblər. Görüş zamanı “Cisco” şirkəti ilə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması istiqamətində uzunmüddətli əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, təhsil müəssisələrinin şəbəkə təminatı üzrə həyata keçirilən işlərin genişləndirilməsi, internet trafikinin idarə edilməsi, təhlükəsizliyin qorunması, rəqəmsal təhsil məzmunlarının hazırlanması və təhsildə süni intellekt həllərinin tətbiqinə dair məsələlər müzakirə edilib. Görüşdə Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılan “Cisco” Şəbəkə Akademiyası haqqında danışılıb, akademiyada İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının təşkili və tədris planlarına inteqrasiyası məsələləri barədə də söhbət aparılıb. 

Həmçinin bu cür akademiyaların sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası mövzuları ətrafında fikir mübadiləsi edilib. Yekunda müzakirə olunan istiqamətlər üzrə birgə fəaliyyətin genişlənməsi qərara alınıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri