Icma.az
close
up
RU
525ci qəzet Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

525ci qəzet Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Noyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, görüşdə “Cisco” şirkətinin baş vitse–prezidenti və davamlı inkişaf üzrə baş direktoru Mary de Vysocki, kommunikasiya və davamlı inkişaf üzrə icraedici şəxs Cecilia Hughes, Türkiyə, Rumıniya, MDB regionu üzrə baş menecer Didem Duru, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov və ərazi üzrə məsul menecer Fərid Zeynalov iştirak ediblər.

Görüş zamanı “Cisco” şirkəti ilə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması istiqamətində uzunmüddətli əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, təhsil müəssisələrinin şəbəkə təminatı üzrə həyata keçirilən işlərin genişləndirilməsi, internet trafikinin idarə edilməsi, təhlükəsizliyin qorunması, rəqəmsal təhsil məzmunlarının hazırlanması və təhsildə süni intellekt həllərinin tətbiqinə dair məsələlər müzakirə edilib.

Görüşdə Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılan “Cisco” Şəbəkə Akademiyası haqqında danışılıb, akademiyada İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının təşkili və tədris planlarına inteqrasiyası məsələləri barədə də söhbət aparılıb. Həmçinin bu cür akademiyaların sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası mövzuları ətrafında fikir mübadiləsi edilib.

Yekunda müzakirə olunan istiqamətlər üzrə birgə fəaliyyətin genişlənməsi qərara alınıb.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri