Elm və təhsil nazirinin müşaviri ali təhsildəki yenilikləri AÇIQLADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib. Magistratura səviyyəsində ixtisaslar tamamilə yenilənib. Yeni tədris ili üçün əmək bazarının tələblərinə uyğun şəkildə, işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda davam edir. Beləliklə, artıq yenilənmiş təsnifata uyğun ixtisasları görməkdəyik".
Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.
O bildirib ki, bakalavriat səviyyəsində də bir neçə yeni ixtisas müəyyən olunub:
“Dünya və ölkəmiz inkişaf etdikcə, iqtisadiyyat genişləndikcə, əmək bazarının tələbləri də dəyişir. Bu da öz növbəsində yeni ixtisasların ali təhsil müəssisələrinin proqramına daxil edilməsini zəruri edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















