Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Elm və təhsil nazirinin “məktəbli avtobusu” anonsu

Elm və təhsil nazirinin “məktəbli avtobusu” anonsu

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Kamran Əsədov: “Ləng işləsə, dayanacaq yerləri düzgün planlaşdırılmasa, layihənin effekti azalacaq”

“Şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Emin Əmrullayevin sözlərinə görə, paytaxdakı “Məktəbli avtobusu” layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.

“Məktəbli avtobusu” layihəsi həm paytaxt, həm də bölgə məktəbləri üçün nəzərdə tutulur. Ekspertrlərə görə, xüsusilə  bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə şagirdlərin rahat daşınmasını təmin edə bilər. Paytaxt məktəblərində məktəbli avtobuslarının tətbiqi eyni zamanda yol-nəqliyyat sistemində sıxlığın qarşısının alınmasına da hesablanmış bir addımdır.

O cümlədən də şagirdlər üçün rahat gediş imkanıdır. Hazırda valideynlər övladlarını şəxsi avtomobillərlə məktəbə aparıb-gətirirlər ki, bu da məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur.

Lakin məktəbli avtobusları müəyyən məntəqələrdən şagirdləri toplayaraq, birbaşa təhsil müəssisələrinə çatdıracaq. Dərs bitdikdən sonra isə yenidən eyni qaydada onların evlərinə qayıtması təmin ediləcək. Bundan əlavə, paytaxt yollarında avtobus zolaqlarının mövcudluğu nəqliyyatın daha effektiv idarə olunmasına imkan yaradacaq.

Bəs bu təhsilin keyfiyyətinə necə təsir edəcək? Şagirdlərin dərsə davamiyyəti artacaq?

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, "Məktəbli avtobusu" layihəsi Azərbaycanın təhsil sistemində həm logistik, həm sosial, həm də pedaqoji baxımdan mühüm dəyişikliklər vəd edən təşəbbüsdür. Həm şəhər, həm də kənd məktəbləri üçün nəzərdə tutulan bu layihənin effektiv tətbiqi bir neçə sahədə ciddi müsbət təsir göstərə bilər. İlk olaraq, bu təşəbbüs şagirdlərin dərsə davamiyyətinə birbaşa müsbət təsir edəcək. Xüsusilə bölgələrdə, kəndlərdə məktəbə uzaq məsafədən gələn şagirdlər üçün nəqliyyat problemi onların dərsdən yayınmasına və ya gecikməsinə səbəb olur. Məsələn, bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə getmək üçün valideynlər çox zaman şəxsi nəqliyyat vasitəsi olmadığından övladlarını dərsə göndərə bilmirlər. “Məktəbli avtobusu” layihəsi bu problemi minimuma endirə bilər. Davamiyyətin artması isə birbaşa təhsilin keyfiyyətinə təsir edən faktordur.

Paytaxtda bu layihənin tətbiqi nəqliyyat sistemində yüklənməni azaltmaqla yanaşı, valideynlər üçün də sosial yükü azaldacaq. Hazırda çox sayda valideyn övladını səhər saatlarında məktəbə aparmaq və dərsdən sonra geri gətirmək üçün şəxsi avtomobildən istifadə edir. Bu isə məktəblərin qarşısında tıxacların yaranmasına, nəqliyyatın iflic olmasına, şagirdlərin gecikməsinə səbəb olur. “Məktəbli avtobusu” vasitəsilə bu proses mərkəzləşdirilmiş şəkildə və təhlükəsizliklə təmin olunarsa, həm şagirdlər vaxtında dərsə çatacaq, həm də şəhər daxilində nəqliyyat axını rahatlaşacaq".

Ekpsert qeyd edir ki, pedoqoji cəhətdən bu layihə şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması baxımından da önəmlidir: “Avtobuslarda müşayiətçi müəllim və ya xüsusi nəzarətçilərin olması şagirdlər arasında intizamı qoruyacaq, eyni zamanda valideynlərin narahatlığını da azaldacaq. Dünyanın bir çox inkişaf etmiş ölkələrində - ABŞ, Kanada, Almaniya və Yaponiyada məktəbli avtobusları şagirdlərin məktəb həyatına təhlükəsiz, rahat və sistemli şəkildə qoşulmasının əsas vasitələrindən biridir. Bu sistemlərdə avtobusların marşrutları öncədən planlaşdırılır, şagirdin yaşadığı əraziyə uyğun dayanacaq təyin olunur və vaxt cədvəli ciddi şəkildə qorunur. Bu layihənin təhsilin keyfiyyətinə dolayı, amma mühüm təsirlərindən biri də şagirdin məktəb həyatına motivasiyasının artmasıdır. Təsəvvür edin: hər gün yolda çətinlik çəkən, səhər tezdən qalxıb saatlarla yol gedən şagirdlə rahat şəkildə avtobusa minib vaxtında məktəbə çatan şagirdin eyni motivasiyaya sahib olması mümkün deyil. Nəqliyyat şəraitinin yaxşılaşdırılması həm fiziki, həm də emosional olaraq şagirdin dərsə hazırlığını artırır. Bununla yanaşı, bu sistemin uğuru onun idarə olunma mexanizmi və maliyyə modeli ilə sıx bağlıdır. Əgər avtobuslar ləng işləsə, dayanacaq yerləri düzgün planlaşdırılmasa və ya təhlükəsizlik tədbirləri zəif olsa, layihənin effekti azalacaq. Ona görə də müasir İT texnologiyalarla təchiz edilmiş GPS izləmə, valideynlər üçün mobil bildiriş sistemləri, sürücülərin və müşayiətçilərin peşəkarlığı bu prosesin əsas elementləri olmalıdır.

Sonda qeyd edim ki, “Məktəbli avtobusu” layihəsi yalnız bir nəqliyyat layihəsi deyil - bu, uşaqların təhsilə çıxış imkanlarını artıran, məktəb həyatını müasir şəhər infrastrukturu ilə əlaqələndirən, sosial bərabərliyi dəstəkləyən bir islahatdır. Doğru planlanarsa, bu layihə dərsə davamiyyətin yüksəlməsi, şagirdlərin təhlükəsizliyinin artırılması, müəllimlərin dərsə daha vaxtında çatması və ümumilikdə təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri