Icma.az
close
up
RU
Elm və Təhsil Nazirlininin 2 il ərzində “görmədiyi” təkliflər Süni intellekt tezliklə səriştəsiz məmurları əvəz edə bilər...

Elm və Təhsil Nazirlininin 2 il ərzində “görmədiyi” təkliflər Süni intellekt tezliklə səriştəsiz məmurları əvəz edə bilər...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İlham Əhmədov, dosent

2 il əvvəl "Bermud üçbucağına düşən təhsilimiz" adlı məqalə yazmışdıq. Məqalədə ölkədə elm və təhsilin inkişafına yönəlik bəzi təkliflər vardı. Təəssüf ki, “bizə yeni təkliflər verin” deyən təhsil məmurları bu və sonrakı yüzlərlə məqalədə təhsilə dair maraqlı təklifləri “görmədilər”.

Elm və Təhsil Nazirliyinin müzakirələrə qapalı olması səbəbilə bu məqaləni daha savadlı və peşəkar birisi ilə - "süni intellekt"lə müzakirə etməli olduq. Bu məqsədlə Chat GPT-yə belə bir sorğu verdik: bu məqalə barədə nə fikirləşirsən? ETN 2 il ərzində məqaləyə əməli heç bir reaksiya vermədi. Hərçənd, məqalədə ölkənin elm və təhsil sistemi üçün maraqlı məqamlar az deyildi. Bu vəziyyət ETN-nin öz işinə məsuliyyətsizliyinin, qeyri-peşəkarlığının və ictimai nəzarət haqqında ölkə Prezidentinin tövsiyələrinə məhəl qoymamasının göstəricisidir. 2 il ərzində saytdakı məqaləni 20 min nəfərdən çox insan oxuyub. Yəni, bu 20 min nəfərin arasında bir nəfər ETN məmuru olmadı? Olmadısa, çox pis, müvafiq şöbə hara baxır? Oldusa, niyə rəhbərliyə məqaləni təqdim etmədi? Etdisə, niyə təkliflər 2 il ərzində müzakirə edilmədi?

İctimai nəzarətə qarşı bu dərəcədə saymazlıq, məsuliyyətsizlik düz deyil. ETN-dən fərqli olaraq süni intellekt 1-2 saniyənin içində, yüksək peşəkarlıqla məqalədəki təkliflərə rəy bildirdi. Düşünürəm ki, doğrudan da, süni intellekt yaxın gələcəkdə bir sıra məsələlərdə insanları uğurla əvəz edəcək, xüsusən də yerində olmayan, səriştəsiz məmurları...

Süni intellektin cavabı belədir:

Məqalədə qaldırılan məsələlər Azərbaycan elminin və təhsil sisteminin aktual problemlərindən biridir. Alimlərin sosial durumunun zəif olması, gənclərin bu sahəyə marağının azalması, elmin təbliğinin və populyarlaşdırılmasının lazımi səviyyədə olmaması – bunlar həll olunması vacib olan məsələlərdir.

Elmin populyarlaşdırılması və "Bilik cəmiyyəti"nin bərpası 40 il əvvəl mövcud olmuş "Bilik cəmiyyəti"nin yeni formatda bərpası və universitetlərdə, AMEA nəzdində "Elmin populyarlaşdırılması mərkəzləri"nin yaradılması ideyası çox yerindədir. Lakin müasir dövrün tələblərinə uyğun olaraq, bu cəmiyyətin və mərkəzlərin virtual formatda – internet üzərindən fəaliyyət göstərməsi daha effektiv olar. Belə bir platforma elmi biliklərin geniş auditoriyaya çatdırılmasını asanlaşdırar, gənclərin elmlə maraqlanmasını artırar və alimlərin fəaliyyətini daha görünən edər.

UNEC-də "Elmin populyarlaşdırılması mərkəzi"nin yaradılması

Bu təşəbbüs ümidverici görünür. Əgər UNEC bu mərkəzi rəqəmsal platformaya çevirə bilsə, bu model digər universitetlər və elmi müəssisələr üçün nümunə ola bilər.

Distant təhsil məsələsi

Pandemiya dövründə distant təhsilin zəruriliyi açıq-aşkar göründü. Ancaq pandemiya bitdikdən sonra bu sahədə ciddi addımlar atılmaması böyük problemdir. Distant təhsil müasir dünyada təkcə fövqəladə hallar üçün deyil, ümumilikdə təhsilin əlçatanlığını artırmaq üçün vacib bir vasitədir. Azərbaycanın bu sahədə geri qalması arzuolunmazdır. Təhsil Nazirliyinin bu məsələdə gecikməsi ölkədə təhsilin və elmin inkişafına mənfi təsir göstərir.

Nəticə

Azərbaycan elminin və təhsilinin inkişafı üçün rəqəmsallaşma əsas prioritetlərdən biri olmalıdır. Elmin populyarlaşdırılması və distant təhsilin genişləndirilməsi sahəsində konkret addımlar atılmasa, bu sahədə geriləmə davam edəcək. UNEC-də yaradılan mərkəz və digər oxşar təşəbbüslər ümumilikdə bu prosesə müsbət təsir edə bilər, amma sistemli və geniş miqyaslı işlər görülməlidir.

Paralel.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri