Icma.az
close
up
RU
“Yapon dərsi”: Yaşlı kimi yaşamaq məcburidir, bizdə isə unudulub

“Yapon dərsi”: Yaşlı kimi yaşamaq məcburidir, bizdə isə unudulub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yaponiyada həkimlər yaşlıların dərdini “bədənlərində” hiss edir - Azərbaycanda da bu təcrübə vacibdir”


Yaponlar dünyaya insanlıq dərsi keçir, ağsaqqala, ağbirçəyə hörmət etmək, kömək əlini uzatmaq, valideynin qədrini bilmək, sədaqətli olmaq kimi yüksək, ali dəyərlərə sahib olan xalqımız isə getdikcə köklərindən uzaqlaşaraq duyğusuz, laqeyd, məsuliyyətsiz topluma çevrilir.  Nəqliyyat məsələləri üzrə mütəxəssis, mühəndis Rauf Ağamirzəyevin sosial şəbəkə hesabındakı paylaşımı diqqətimizi çəkdi. R.Ağamirzəyev Yaponiyada tibb işçiləri və sosial işçilərin “Yaşlılıq simulyasiyası” təliminə cəlbindən yazıb: 

- Yaponiyada tibb bacıları və qayğı işçiləri “yaşlılıq simulyasiyası” adlı xüsusi təlimdən keçirlər. Bu təlimin məqsədi — yaşlı insanların gündəlik həyatda üzləşdiyi fiziki və duyğu məhdudiyyətlərini öz bədənlərində hiss edərək empatiya və anlayış formalaşdırmaqdır. Təlim Yaponiyada necə keçirilir?


1. Xüsusi geyim və avadanlıq: 

Ağırlıq jiletləri və qol manjetləri — hərəkətləri yavaş və çətin edir.

Bulanıq eynəklər — görməni zəiflədir, katarakta effekti yaradır.

Qulaqlıqlar — eşitməni azaldır, səs zəif gəlir.

Qalın əlcəklər — barmaqların hissiyatını azaldır, əşyaları tutmaq çətinləşir.


2. Tapşırıqlar: 

Otaqda gəzmək, pilləkən qalxmaq, qapı açmaq, kitab oxumaq, su içmək və geyinmək kimi sadə hərəkətləri yerinə yetirirlər. Bu zaman iştirakçılar anlayırlar ki, adi görünən hərəkətlər yaşlı insan üçün çox çətin ola bilər.


3. Məqsəd: 

Empatiya və səbir hissini gücləndirmək. Pasiyentlə anlayışlı və hörmətli davranmağı öyrənmək. Yaşlı insanın “yavaş” deyil, sadəcə fiziki məhdudiyyətli olduğunu dərk etmək.


4. Təlimdən sonra müzakirə: 


İştirakçılar təəssüratlarını bölüşürlər; “İndi başa düşürəm, niyə nənəm hər sözü iki dəfə eşitmək istəyir”. “Əvvəlcə əsəbiləşirdim ki, niyə bu qədər yavaş yeyirlər, indi anlayıram ki, qaşığı saxlamaq çətindir”. 

Azərbaycanda niyə bu təcrübə vacibdir? Azərbaycanda  yaşlıların gündəlik həyatda qarşılaşdığı çətinliklər çox vaxt görünməz qalır. “Yaşlılıq simulyasiyası” təlimi aşağıdakı sahələr üçün çox faydalı ola bilər:

1. Tibbi və sosial xidmətlərdə – tibb bacıları, terapevtlər və sosial işçilər empatiya və anlayışlı ünsiyyət bacarığını inkişaf etdirə bilər.

2. Şəhər planlaşdırması və memarlıqda – piyada keçidləri, səkilər, parklar və ictimai binalar yaşlı insanların rahatlığı nəzərə alınaraq dizayn edilə bilər.

3. İctimai nəqliyyatda – sürücülər, dispetçerlər və xidmət işçiləri yaşlıların yavaş hərəkətini və zəif eşitmə/görmə hallarını nəzərə almağı öyrənə bilərlər.

4. Universitetlər və təlim mərkəzlərində – bu simulyasiya tibb, psixologiya və şəhərsalma fakültələrinin tədris proqramlarına daxil edilə bilər.

Təlimin təşkili: Simulyasiya kostyumları və avadanlıqla praktiki sessiya; Təcrübədən sonra refleksiya və qrup müzakirəsi; Nəticələrin real mühit və xidmət proseslərinə tətbiqi. Belə bir proqram Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin bələdiyyə və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Bu, həm empatiya mədəniyyətinin güclənməsinə, həm də yaşlı dostu şəhər və xidmətlərin formalaşmasına xidmət edər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2025 02:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri