Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi anlamalıdır: “Ali təhsilli, amma bacarıqsız diplomlular ordusu yaranır”

Elm və Təhsil Nazirliyi anlamalıdır: “Ali təhsilli, amma bacarıqsız diplomlular ordusu yaranır”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ali məktəblər bu gün dəyişməlidir, sabah yox! Çünki bugünkü tədris proqramları 20 il əvvəlki cəmiyyətin tələblərinə cavab verir, lakin sabahın iş bazarına yox. Dünya sürətlə dəyişir, süni intellekt, böyük verilənlər (big data), biotexnologiya artıq yalnız elmi fantastika deyil, həyatın reallığıdır. Bu dəyişikliklərin fonunda universitetlərin statik proqramları, əzbərləmə əsaslı tədris metodları artıq köhnəlmiş bir modelin əlamətidir”. 

“Cebheinfo.az” xəəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, UNESCO-nun 2023-cü il hesabatına görə gələcək 5 ildə əmək bazarına daxil olacaq peşələrin 40%-i hazırda universitetlərdə öyrədilmir: 

“Dünya İqtisadi Forumunun “Future of Jobs” sənədində vurğulanır ki, ali təhsilin məqsədi yalnız diplom vermək deyil, düşünməyi, qərar verməyi və dəyişən dünyaya adaptasiya olmağı öyrətməkdir. Azərbaycanda isə 2022-ci ildə aparılan bir tədqiqat göstərib ki, məzunların yalnız 42%-i ixtisasına uyğun iş tapa bilir. Bu, ciddi xəbərdarlıqdır. Yəni, ali təhsil ölüb, amma özünə demirlər ki, qorxar. Təhsil tədqiqatçısı Andreas Schleicher yazır: 

“Əgər universitetlər gələcək üçün deyil, keçmiş üçün hazırlaşdırırsa onda tələbələr bu günə belə hazır olmur.” Onun sözləri PISA nəticələrinin müəllifi olaraq təsadüfi deyil. Təhsil fəlsəfəsinin dəyişməsi tələb olunur: 

tələbəyə dərin nəzəri biliklə yanaşı praktik bacarıqlar, “edə bilmək” qabiliyyəti verilməlidir. Məsələn, Almaniyanın dual təhsil sistemi praktikaya əsaslanır: tələbələr həftənin yarısını universitetdə, yarısını isə müəssisədə keçirir. 

Finlandiyada tədris modullar üzərində qurulur və hər modul real problem və layihəyə bağlanır. Sinqapurda isə universitetlərin proqramları hər il bazar ehtiyaclarına uyğun yenilənir və məzunların 90%-i ilk 6 ayda işlə təmin olunur”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda isə hələ də bəzi ixtisaslarda 1980-ci illərin dərs kitabları təkrar çap olunaraq “yenilənmiş” adı ilə tədris olunur: 

“Hətta müasir fənlərdə belə proqramlar mücərrəd və praktikadan uzaqdır. Nəticədə “ali təhsil almış, amma bacarıqsız” diplomlular ordusu yaranır. Dünyanı dəyişdirənlər diplomları deyil, bacarıqları ilə fərqlənənlər olub. Elm və Təhsil Nazirliyi, universitet rəhbərləri və proqram müəllifləri bu gerçəyi anlamalıdır. Artıq təhsil “necə oxumaq”dan çox “necə düşünmək və necə tətbiq etmək” olmalıdır. 

Bu günün tələbəsinə Java, Python, mühəndislik, dizayn və ya tarix öyrətmək yetərli deyil. Onun analiz etməyi, qərar verməyi, təqdim etməyi və komanda ilə işləməyi bacarması vacibdir. Ali məktəblər kardinal dəyişiklik etməsə biz gələcəyin deyil, keçmişin məzunlarını yetişdirmiş olacağıq. Təhsil yalnız informasiya ötürmək deyil. O zehni azad etmək, bacarıqları inkişaf etdirmək, düşünməyi öyrətmək sənətidir. Mövcud proqramlar bu sənəti öyrətmir. Zaman dəyişir, ali təhsil də dəyişməlidir. Yoxsa diplomlar kağız, vaxt isə itkiyə çevriləcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri