Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi İT resurslarını Hökumət buluduna köçürüb

Elm və Təhsil Nazirliyi İT resurslarını Hökumət buluduna köçürüb

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə başçısının 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən növbəti dövlət qurumu Elm və Təhsil Nazirliyi (ETN) olub.

Nazirliyin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) informasiya sistemləri və ehtiyatlarını qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki "AznTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. TSİİ "Hökumət buludu" layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən istifadə etməklə informasiya resurslarını miqrasiya edərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən "Hökumət buludu" layihəsinin icraçısı "AzInTelecom" MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

"AzInTelecom" MMC Azərbaycan və Cənubi Qafqaz regionunda "TIER III" Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus data mərkəzləri, həmçinin "ISO 20000", "ISO 22301" və "ISO 27001" sertifikatlarının tələblərini ödəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see132

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see131

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see129

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see128

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see123

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see122

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see122

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see122

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see121

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see121

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see117

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see115

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see114

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see112

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see111

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see107

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see107

Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? ŞİKAYƏT

16 Aprel 2025 12:33see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri