Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na köçürülüb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən informasiya sistemləri və ehtiyatları qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən yararlanmaqla informasiya resurslarını köçürərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təhlükəsizliyin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















