Elm və Təhsil Nazirliyinin tenderinin qalibi məcburi auditdən yayınıb
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Enermus" QSC-yə inzibati protokol yazılıb.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, Şirkət 2022-ci ildə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi tenderin qalibi olub. Müqavilənin dəyəri isə 2 115 144 manat olub.
Bu mövzuda digər xəbərlər:Elm və Təhsil Nazirliyinin tenderinin qalibi məcburi auditdən yayınıb
11 Dekabr 2024 13:52
Elm və Təhsil Nazirliyinin 8 milyonluq tenderinin qalibi məlum oldu
27 İyul 2026 12:20
Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılmasının səmərəliliyi yoxlanılıb
26 Dekabr 2025 14:59
Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır
02 Dekabr 2025 11:27
Baxış sayı:147
Bu xəbər 11 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















