Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılmasının səmərəliliyi yoxlanılıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hesablama Palatasında keçirilən kollegiya iclasında "Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.
525.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, sənədi qurumun auditoru Hilal Hüseynov təqdim edilb. Müzakirələrdə Nazirliyin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov və digər məsul şəxslər iştirak ediblər. İdarənin rəhbər şəxsləri auditin nəticələrinin qurumun fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların audit olunan qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bundan başqa, iclasda Palatanın Aparat rəhbəri Tamerlan Yusif-zadə "2026-2030-ci illər üçün Strateji İnkişaf Planının layihəsi"ni təqdim edib, sənəd ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Planın ilkin layihəsinin təqdimatı zamanı Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səsləndirdiyi təkliflərin əksər hissəsi nəzərə alınıb. Planın təsdiq olunması barədə qərar qəbul edilib.
İclasın sonunda gündəlikdəki olan cari məsələlərə baxılıb, həmçinin 2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə edilib. Hesablama Palatasının sədri Kollegiya üzvlərinə dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı işlərin sürətləndirilməsi, 2025-ci ilin İş Planı üzrə aparılan auditlərin nəticələrinin rəsmiləşdirilməsi prosesinin yekunlaşdırılması və s. istiqamətləri əhatə edən bir sıra tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















