Elman Məmmədov: Ramiz Mehdiyevin partiyadan xaric olunması ilə bağlı yekdil qərar...
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Son günlər ictimaiyyətin diqqətində olan məsələlərdən biri də sabiq Prezident Administrasiyasının rəhbəri, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü Ramiz Mehdiyev barəsində irəli sürülmüş ciddi ittihamlarla bağlıdır. Mövcud hüquqi proseslər fonunda onun partiya üzvlüyü məsələsi də haqlı suallar doğurur.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü Elman Məmmədovla Sherg.az-a bildirdi ki,
belə bir məsələnin qaldırılması Azərbaycan Partiyasının üzvlərinin və xüsusi ilə də rəhbərliyinin səlahiyyətidir:
"Əgər Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb və ev dustaqlığı qərarı qəbul olunubsa, demək artıq proses gedir. Gələcəkdə onun cinayətləri sübuta yetirilərsə, təbii ki, partiyanın üzvləri və rəhbərliyi belə bir şəxsin partiyada qalmasını mümkün saymayacaq".
Deputat müddəların təsdiqini tapacağı təqdirdə Ramiz Mehdiyevin partiyadan xaric olunması ilə bağlı yekdil qərarın qəbul ediləcəyini söyləyib:
"İttiham maddələri elan olunub. Orada vətənə xəyanət, dövlət mülkiyyətinin qeyri-qanuni olaraq mənimsənilməsi ilə bağlı məsələlər var. Partiyamız belə bir üzvünün olmasını qəbul etməyəcək və etməməlidir də. Yəqin ki, onun partiyadan kənarlaşdırılması məsələsi həll olunacaq:.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















