Icma.az
close
up
RU
Məhkəmə Ramiz Mehdiyevin kürəkəni ilə bağlı qərar verdi

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni ilə bağlı qərar verdi

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin iddiası rədd olunub. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sərdliyi ilə keçirilən prosesdə onun illərdir ki, məhkəmə salonlarını “gəzən” iddiası əsassız hesab olunub.
Ölkə.az Musavat-a istinadən xəbər verir ki, söhbət Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə şabranlı sahibkar Mansur İbrahimovun əlindən alınan “TurAz” MMC üzərindən sahibkarın özünə qarşı qaldırılmış iddiadan gedir. Bundan əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən iş üzrə yekun qərarını vermişdi.
Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməmişdi. "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddia əsassız hesab olunmuşdu. Ali Məhkəmənin qərarından sonra işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış bərpa olunmuş, bu instansiya da Ramiz Mehdiyevin kürəkəninin iddiasını əsassız hesab edib.
“TurAz” MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.
Əvvəlki açıqlamalarında o demişdi:
"Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".
Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur. Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur. Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur: "Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".
Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin özünə qaytarılmasını istəyir.
Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir. 2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əliyevin özü də etiraf edib. O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Xaçmaz rayonundan deputat olduğu illərdə Mansur İbrahimova məxsus 2 şirkəti - “TurAZ” MMC və “Dostluq MK”nı onun əlindən alıb. Sahibkara aid torpaq sahələrini, meyvə bağlarını zəbt edib. Mansur İbrahimov Ramiz Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə onlara qarşı məhkəmələrdə iddialar qaldırmaqla torpaq sahələrinin geri qaytarılmasını tələb edib. Məhkəmələr Mansur İbrahimovun xeyrinə qərar verəndən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev ona qarşı iddialar qaldırmaqla bağları sahibinə qaytarılmasını uzatmaqla məşğul olub. Hər dəfə yeni məhkəmə iddiaları ilə proses bilərəkdən uzadılıb və nəticədə Mansur İbrahimova məxsus bağlardan meyvələr yığılaraq satılıb. Bağların talanı bu gün də davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri