Icma.az
close
up
RU
Elman Nəsirov:Azərbaycanın düşmənlərinin yuxusuna haram qatıldı

Elman Nəsirov:Azərbaycanın düşmənlərinin yuxusuna haram qatıldı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirdi”. 

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın BMT-nin COP29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyətini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından böyük təcrübəyə malikdir. 

“Bundan əvvəl Azərbaycan “Eurovision”, Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edib. Bəzi dövlətlər oxşar tədbirlərə ev sahibliyi edərkən ölkəmizin təcrübəsindən faydalanıblar. 

BMT-nin İqlim Dəyişiklikləri üzrə sammiti olan COP29 isə miqyas baxımından çox böyükdür. Bu, bütün dünya ölkələrini əhatə edən beynəlxalq tədbirdir. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev BMT-nin COP29 tədbirinin açılış mərasiminda çıxış edərkən bəyan etdi ki, bu tədbirə 196 ölkə qatılıb, 72 mindən çox  insan Bakıya gəlib, 80 ölkənin prezidenti, vitse-prezidenti və baş naziri bu tədbirdə iştirak edir. 

Bakıda bu tədbirin keçirilməsinə hər vəchlə mane olmaq istəyən müəyyən güc mərkəzlərin və dairələrin çirkin niyyətləri və arzuları öz ürəklərində qaldı. Azərbaycan sözün həqiqi mənasında COP29 tədbirini yüksək səviyyədə təşkil etdi. Bütün dünyaya göstərdi ki, Azərbaycan demokratik və demokratiya yolunu seçən bir ölkədir. 

Ölkəmizdə söz və mətbuat azadlığı var. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində istənilən xarici jurnalist Azərbaycan məmurlarına suallar ünvanlamaq imkanı verilmişdi. Hətta tədbir çərçivəsində iqlim dəyişikliyinə dair xırda tədbirlərin keçirilməsinə də münasib şərait yaradılmışdı".

O bildirib  ki, Azərbaycana qarşı məkrli oyunlar qurmağa çalışan dairələr heç bir zaman ölkəmizi öz haqq işindən döndərə bilməyəcəklər: 

"Ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin təminatı ilə yanaşı, qlobal iqlim dəyişikliklərinə yönələn məsələlərin həllinə öz ciddi töhfəsini verir. İqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycanın BMT-nin fonduna 10 milyon dollar vəsait ödəməsi bunu təsdiqləyir. 

Hesab edirəm ki, Azərbaycan bu kimi möhtəşəm tədbirə ev sahibliyi etməklə beynəlxalq aləmdə öz nüfuzunu daha da möhkəmləndirdi. Azərbaycanın etibarlı tərəfdaşları daha da artdı, Azərbaycana düşmən münasibət bəsləyən qüvvələrin yuxusuna haram qatıldı.  

Azərbaycan güclü dövlətdir, güclü lideri  və  xalq həmrəyıiyi var”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri