Uçan naməlum obyektlər Marko Rubionun yuxusuna haram qatıb
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio etiraf edib ki, ölkənin məxfi nüvə bazaları üzərində qeydə alınmış uçan naməlum obyektlər (UNO) onun yuxusuna haram qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Daily Star" nəşri yayıb.
Nəşr yazır ki, Prezident Donald Trampın ən yaxın silahdaşı bu səs-küylü bəyanatla son vaxtlarda şəbəkədə yayılan "The Age of Disclosure" ("Açıqlama dövrü") treylerində verib.
Gözlənildiyinə görə, filmdə UNO ilə bağlı əvvəllər dərc olunmamış üç video təqdim ediləcək.
Filmdə Rubio iddia edir ki, ABŞ-nin nüvə obyektləri üzərində müşahidə olunan obyektlərin nə ordu, nə də hökumətlə bağlılığı var. Onun sözlərinə görə, müəmmalı aparatlar haqqında prezidentlərə məlumat verilib. Potensial informatorlar xəbərdarlıq ediblər ki, məlumatların açıqlanması onların həyatını təhlükə altında qoya bilər.
Dövlət katibi etiraf edib ki, uçan obyektlərin müəmması gecələr rahat yatmasına imkan vermir.


