Icma.az
close
up
RU
Elman Telmanoğlu: Diplomatik qapı açıq qalsa da, hərbi risk aradan qalxmayıb

Elman Telmanoğlu: Diplomatik qapı açıq qalsa da, hərbi risk aradan qalxmayıb

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarının müddətinin uzadılmasına müsbət yanaşdığı bildirilir. Məlumata görə, Vaşinqton diplomatik həll variantını qorumağa çalışır və eyni zamanda mümkün hərbi ssenariləri də müzakirə edir. ABŞ və İran arasında gərginliyin idarə olunması üçün xüsusi əlaqə kanalının fəaliyyət göstərdiyi də qeyd olunur.Danışıqların uzadılması ABŞ və İran arasında diplomatik həll ehtimalını gücləndirə, yoxsa tərəflər arasında qeyri-müəyyənliyi daha da artıra bilər?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində ABŞ–İran nüvə danışıqlarının müddətinin uzadılması diplomatik həll üçün imkan yaratsa da, bu, avtomatik olaraq razılaşma demək deyil.

Müddətin uzadılması ilk növbədə tərəflərin masanı tam tərk etmədiyini göstərir. Bu, xüsusilə gərginlik fonunda müsbət siqnaldır, çünki Vaşinqton hərbi təzyiqi saxlayaraq diplomatik qapını da açıq tutur. Lakin prosesin uzanması eyni zamanda risk daşıyır. Konkret nəticə əldə olunmasa, qarşılıqlı etimadsızlıq daha da dərinləşə bilər. Belə halda danışıqlar "vaxt qazanma aləti" kimi qəbul edilə bilər və bu da qeyri-müəyyənliyi artırar.

Siyasi baxımdan burada əsas məsələ tərəflərin strateji niyyətidir. Əgər uzadılma kompromis hazırlamaq üçün istifadə olunursa, bu, razılaşma ehtimalını yüksəldir. Əgər tərəflər sadəcə mövqelərini sərtləşdirmək üçün vaxt qazanırlarsa, onda gərginliyin artması daha real ssenaridir. Hansı ki, bu situasiya ən real görünəndir.

Politoloq vurğulayıb ki, İranın birbaşa danışıqlardan imtina etməsi isə regional diplomatiyanı daha mürəkkəb mərhələyə keçirə bilər. Birbaşa dialoqun olmaması vasitəçilərin, məsələn, Oman, Qətər və ya digər regional aktorların rolunu artırır. Amma vasitəçi diplomatiya adətən daha yavaş işləyir və mesajların yanlış interpretasiya olunması riskini artırır. Bu isə böhran idarəçiliyini daha da çətinləşdirir.

"Bu vəziyyətdə bölgə üçün ən böyük risk ondan ibarətdir ki, birbaşa ünsiyyət kanalları zəiflədikcə hər hansı hərbi insident sürətlə genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Xüsusilə Fars körfəzi və Hörmüz boğazı kimi strateji ərazilərdə gərginlik qlobal enerji təhlükəsizliyinə də təsir edə bilər.

Danışıqların uzadılması qısa müddətdə müsbət diplomatik siqnal sayılsa da, uzun müddətdə nəticəsiz qalarsa, qeyri-müəyyənliyi artıracaq. İranın birbaşa danışıqlardan imtinası isə diplomatik həlli mümkünsüz etmir, lakin prosesi daha ləng, daha həssas və daha riskli edir. Bu mərhələdə həm ABŞ, həm də İran üçün əsas məsələ qarşıdurmanı idarə olunan çərçivədə saxlamaqdır. Bu cür taym-autlar ümumilikdə bütün regionu iqtisadi tətikdə saxlayır", – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri