Icma.az
close
up
RU
Hərbi diplomatik uğurdan sabaha baxış

Hərbi diplomatik uğurdan sabaha baxış

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan BƏƏ ilə potensialını ortaq məkanda birləşdirir

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması geniş regionun təhlükəsizlik mühiti üçün strateji əhəmiyyət daşıyan hadisədir. Əbu-Dabi şəhərində Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının keçirilməsi və yekun Protokolun imzalanması rəsmi Bakının çoxvektorlu hərbi diplomatiyasının növbəti uğurudur.

Qeyd olunan görüşün mahiyyətinə vardıqda prosesin uzun müddətdir formalaşan strateji tərəfdaşlığın institusional hüquqi bazasının yaradılması məqsədi daşıdığı aydın görünür. İki ölkə arasındakı münasibətlərin tarixi dinamikası onu göstərir ki, iqtisadi və enerji sahəsində başlayan tərəfdaşlığın məntiqi davamı olaraq hərbi-texniki müstəviyə keçməsi qanunauyğunluq təşkil edir. Əbu-Dabidə baş tutan ilk iclas tərəflərin hərbi sahədə əməkdaşlığı sistemli, planlı və uzunmüddətli əsaslar üzərində qurmaq iradəsini nümayiş etdirir. İmzalanmış “Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu” faktiki olaraq gələcək fəaliyyət planının yol xəritəsidir. Sənəd hərbi təhsil, birgə təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sənayesi sahəsində kooperasiya kimi vacib istiqamətləri əhatə edir.

Diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın hərbi tərəfdaşlar coğrafiyasını genişləndirmək strategiyasıdır. Türkiyə ilə sarsılmaz qardaşlıq və strateji müttəfiqlik münasibətləri, İsrail ilə yüksəksəviyyəli hərbi-texniki əməkdaşlıq və Pakistanla dərinləşən hərbi əlaqələr fonunda BƏƏ ilə hərbi dialoqun rəsmi platformaya daşınması rəsmi Bakının suveren praqmatizm siyasətinin bariz nümunəsidir. Körfəz regionunun ən qüdrətli və texnoloji baxımdan inkişaf etmiş ordularından birinə sahib olan BƏƏ ilə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin modernizasiyası prosesinə əlavə təkan verəcək. BƏƏ son illərdə yerli müdafiə sənayesinin inkişafına milyardlarla dollar sərmayə yatıraraq, xüsusilə “EDGE Group” kimi nəhəng holdinqlər vasitəsilə qlobal silah bazarında ciddi ölkəyə çevrilib. 

***

Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı tətbiq etdiyi taktiki yeniliklər, pilotsuz uçuş aparatlarından (PUA) effektiv istifadə və müasir döyüş idarəetmə sistemləri bütün dünyada olduğu kimi, Körfəz ölkələrində də ciddi maraq doğurub. BƏƏ üçün Azərbaycan hərbçilərinin real döyüş təcrübəsini öyrənmək, dağlıq və mürəkkəb relyef şəraitində aparılan əməliyyatların taktiki xüsusiyyətlərini mənimsəmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan–BƏƏ hərbi yaxınlaşmasını regionda formalaşan yeni logistik və enerji dəhlizləri kontekstindən ayrı təhlil etmək qeyri-mümkündür. Orta Dəhliz vasitəsilə Çindən Avropaya uzanan ticarət marşrutunun təhlükəsizliyi, Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan “Yaşıl Enerji” kabeli layihəsi və digər strateji infrastrukturlar hərbi təhlükəsizlik komponenti ilə tamamlanmalıdır. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sektoruna qoyduğu nəhəng investisiyalar, məsələn, “Masdar” şirkətinin həyata keçirdiyi meqalayihələr həm də təhlükəsizlik zəmanəti tələb edən strateji aktivlərdir. İqtisadi inteqrasiya hərbi-siyasi yaxınlaşmanı labüd edən əsas amil kimi çıxış edir. Müasir müharibələrin hibrid xarakter alması, kritik infrastrukturlara kiberhücumların artması fonunda BƏƏ-nin inkişaf etmiş rəqəmsal müdafiə sistemləri Azərbaycan üçün cəlbedici istiqamətdir.

Diqqətdən qaçırılmamalı vacib nüanslardan biri də Azərbaycanın İslam dünyası ilə əlaqələrinin dərinləşməsi faktorudur. BƏƏ ilə hərbi ittifaqın möhkəmlənməsi rəsmi Bakının İslam Həmrəyliyi ideologiyasına sadiqliyini nümayiş etdirməklə yanaşı, bəzi qonşu dövlətlərin dini amildən siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini neytrallaşdırır. Əbu-Dabi ilə Bakı arasındakı hərbi dialoq həm də Türk Dövlətləri Təşkilatı ilə Körfəz Əməkdaşlıq Şurası arasında körpü rolunu oynamaq potensialına malikdir. 

Komitənin iclasından sonra baş verə biləcək hadisələrin proqnozu zamanı, ilk növbədə, birgə hərbi təlimlərin intensivləşəcəyi gözlənilir. İndiyədək keçirilən “Anadolu Qartalı” və ya digər beynəlxalq təlimlərdə Azərbaycan və BƏƏ hərbçiləri iştirak etsələr də, ikitərəfli formatda, xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçiriləcək manevrlər qarşılıqlı uyarlılığı artıracaq. Xüsusilə, dağlıq ərazilərdə antiterror əməliyyatları və şəhər döyüşləri ssenariləri üzrə təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı olacaq. Bununla yanaşı, BƏƏ istehsalı olan “NIMR” tipli zirehli maşınların, “Hunter” seriyalı PUA-ların və digər yüksək texnoloji avadanlıqların Azərbaycan Ordusunun arsenalına daxil edilməsi ehtimalı yüksəkdir. Artıq sınaqdan çıxmış Bayraktar TB2 və İsrail istehsalı dronlarla yanaşı, BƏƏ texnologiyalarının tətbiqi Azərbaycanın hava hücumundan müdafiə və kəşfiyyat imkanlarını şaxələndirəcək. Hərbi sənaye sahəsində birgə müəssisələrin yaradılması, döyüş sursatlarının istehsalı və texniki xidmət mərkəzlərinin açılması da müzakirə edilən perspektivlər sırasındadır.

Mövcud prosesin digər mühüm tərəfi kadr hazırlığı və hərbi təhsil sahəsində əməkdaşlıqdır. Protokolun müddəalarına uyğun olaraq, Azərbaycan zabitlərinin BƏƏ-nin qabaqcıl hərbi kolleclərində təhsil alması, eləcə də ərəb hərbçilərinin Azərbaycanın Hərbi Akademiyasında təlim keçməsi insan kapitalının inkişafına xidmət edəcək. Fərqli hərbi məktəblərin sintezi, müxtəlif döyüş taktikalarının öyrənilməsi zabit heyətinin peşəkarlığını artırmaqla bərabər, ordunun intellektual potensialını zənginləşdirəcək. 

***

Əbu-Dabi görüşü həm də informasiya müharibəsi və strateji kommunikasiya baxımından əhəmiyyətlidir. İmzalanan sənəd dünyaya mesaj verir ki, Azərbaycan suverenliyini qorumaq üçün lazım olan bütün vasitələrdən istifadə etməyə, etibarlı tərəfdaşlarla ittifaqlar qurmağa qadirdir. Qərbdəki bəzi dairələrin və Cənubi Qafqazda revanşist qüvvələrin təxribatçı ritorikasına qarşı ən tutarlı cavab məhz real hərbi gücün və diplomatik uğurların nümayişidir. BƏƏ kimi qlobal təsir imkanlarına malik dövlətlə hərbi sahədə rəsmi əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun göstəricisidir. 

Bu proseslərin davamı olaraq, gələcəkdə Azərbaycanın BƏƏ-də keçirilən İDEX və NAVDEX kimi nəhəng hərbi sərgilərdə daha geniş miqyasda təmsil olunması, milli hərbi sənaye məhsullarımızın Körfəz bazarına çıxarılması real perspektivə çevrilir. Azərbaycan istehsalı olan snayper tüfəngləri, zirehli texnika və PUA-lar üçün ərəb bazarı yeni ixrac imkanları yarada bilər. Qarşılıqlı sərmayə qoyuluşu prinsipi əsasında birgə hərbi zavodların inşası isə hər iki ölkənin idxaldan asılılığını azaldacaq strateji addım olardı. Nəticə etibarilə, Əbu-Dabidə atılan imza onilliklər boyu davam edəcək dərin strateji tərəfdaşlığın təməl daşıdır. Mükəmməl şəkildə planlaşdırılmış və dövlət maraqlarına tam cavab verən mövcud siyasət Azərbaycan Prezidentinin uzaqgörən strategiyasının tərkib hissəsi olaraq, ölkəmizin hərbi qüdrətini artırmağa və dövlət suverenliyini möhkəmləndirməyə xidmət edir.

Əbu-Dabidə imzalanan “Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu” müasir Azərbaycan dövlətçilik tarixinin diplomatik uğurlarından biridir. Bu sənəd İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasətin təntənəsi, Azərbaycanın qlobal təhlükəsizlik sisteminə inteqrasiyasının bariz nümunəsidir. Hərbi sahədə atılan hər bir addım sülhün və sabitliyin qorunmasına xidmət edir. Güclü ordu güclü dövlət deməkdir və BƏƏ ilə qurulan əməkdaşlıq Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə, regionda sülhün və əmin-amanlığın təmin olunmasına mühüm töhfə verəcək. 

Yusif ŞƏRİFZADƏ 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri