Elmar Baxşıyev: Araz Naxçıvan kubokda və çempionatda iddiasını ortaya qoyacaq
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
“Gərgin oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Komanda şəklində futbolçularım meydanda yaxşı iş gördülər. Uda da bilərdik, uduzmaq təhlükəsi də var idi. Bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Araz-Naxçıvan” sanki meydana bir xal üçün çıxmışdı...
- Biz fərqli görürürk. “Neftçi” yaxş təşkilatlanmış komandadır. Nə gözləyirsiz? Biz oynayaq, “Neftçi” baxsın? Onlar planlı şəkildə bizə təzyiq göstərdilər. Hər iki komanda ehtiyat edirdi.
- "Qarabağ"la kubok oyununu düşünürdüz?
- Bizim bu gün qənaətli şəkildə oynadığımızı düşünürsüzə... Biz "Neftçi" ilə matça da maksimum nəticə üçün çıxmışdıq. Başa düşürük ki, üç gündən bir oynayırıq. Heyətdə 4-5 futbolçunun olmaması da sıxıntı yaradır. Qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam bərkdir, kubokda və çempionatda iddiasını ortaya qoyacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















