Icma.az
close
up
RU
Yəqin, “Araz Naxçıvan” çempionluq uğrunda oynayır” Elmar Baxşıyev

Yəqin, “Araz Naxçıvan” çempionluq uğrunda oynayır” Elmar Baxşıyev

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Yəqin, “Araz-Naxçıvan” çempionluq uğrunda oynayır” – Elmar Baxşıyev

“Hələlik bir yenilik, təklif yoxdur. Çempionat oyunlarını izləyirəm”.

Bu sözləri QOL.az-a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Ötən ilin dekabrında tutarlı səbəb göstərilmədən Emar Baxşıyevi istefaya göndərən “Araz-Naxçıvan” onu ukraynalı Andrey Demçenko ilə əvəzlədi. Komanda onun gəlişindən sonra 2 oyuna cəmi 1 xal qazanıb. Ötən gün isə “qırmızı ağlar” “Neftçi”yə 4 cavabsız qolla uduzdu. 

Hazırkı komandanı özünün formalaşdırdığını deyən Elmar Baxşıyev “Araz-Naxçıvan”ın uğursuzluqlarını şərh etmək istəmədiyini deyib: 

“Araz-Naxçıvan” haqda danışmasam, daha yaxşı olar. O kollektivi mən formalaşdırmışam. Komanda ilə bağlı nəsə mənfi fikirlər səsləndirmək istəmirəm. Klubdan getmək qərarını da mən verməmişəm. Ona görə də indi yaranan suallara mən də cavab tapa bilmirəm. 

Yeni məşqçiləri var. Güvəndikləri məşqçidir. Yəqin ki, bilir nə istədiklərini. Oyunlarında elə bir dəyişiklik görmürəm. Çünki həmin oyunçulardır. Dəyişikliyi rəhbərlik özü görməlidir. Xal itirmək o qədər də problem deyil. Məşqçiyə inam olmalıdır”. 

E.Baxşıyev qeyd edib ki, onun komandadan göndərilməsi klubun daha böyük hədəflərinin olması ilə bağlıdır. Bəs, “Araz-Naxçıvan”da böyük hədəflər üçün işlər görülürmü? Baxşıyev suala belə cavab verib:

“Hər klubun öz strategiyası var. Hansı ki, ona uyğun qərarlar verilir. Mən 1.5 il “Araz-Naxçıvan”da oldum. Bu müddətdə müəyyən bir iş ortaya qoyduq. Xırda da olsa komanda uğur qazandı. Bəlkə, klubun iddiası daha da üstündür. Hansı ki, məni o iddiada görmürlər. Bəlkə də klub çempionluq uğrunda mübarizə aparır. Ona görə də belə qərar veriblər. Məşqçi işi elədir ki, güvən olmalıdır. Hərtərəfli inanıb ortaya bir iş qoymaq mümkündür. 

Qarşıya çempionluq iddiası qoymaq olar. Bu, normaldır, istək, iddia ola bilər. Amma hər şey istəklə olmur. Çempionluq çox böyük işin qarşılığında olur. “Çempion olacam” demək asandır. Amma buna həm komanda, həm də klub olaraq hazır olmalısan”. 

E.Baxşıyev klub idarəçiliyində “Qarabağ” nümunəsini misal göstərib: “Hər şey pillə-pillə olmalıdır. Bunun bariz nümunəsi də “Qarabağ”dır. Komandanın enişli vaxtları da olub, amma klub olaraq həmişə bir olublar, baş məşqçiyə dəstək göstəriblər. Bu gün də onun bəhrəsini görürlər”.

Ramiq Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Fevral 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri