Elmar Baxşıyev: “Braziliya üçün asan oyun olmayacaq”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Qrup mərhələsində nümayiş etdirdiyi oyuna əsasən demək olar ki, bu qarşılaşma Braziliya üçün heç də asan keçməyəcək. Yaponiya millisi dünya çempionatında həm hücumda, həm də müdafiədə intizamlı və yaxşı təşkilatlanmış oyunla yadda qalıb”.
Bunu “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin Brazilya Yaponiya qarşılaşmasından gözləntilərini bölüşüb.
“Komanda taktiki baxımdan kifayət qədər hazırlıqlı təsir bağışlayır və rəqiblərinə qarşı sonadək mübarizə aparmağı bacarır. Buna görə də oyun Yaponiyanın qələbəsi ilə yekunlaşsa, bunu böyük sensasiya kimi qiymətləndirmək düzgün olmaz. Bununla yanaşı, Braziliya yığmasının heyətində istənilən anda oyunun taleyini dəyişə biləcək yüksək səviyyəli futbolçular var. Məhz fərdi ustalıq, gözlənilməz epizodlar və lider oyunçuların performansı bu cür gərgin qarşılaşmalarda həlledici rol oynaya bilər. Düşünürəm ki, matçın taleyi xırda detallar, buraxılan səhvlər və yaranacaq qol epizodlarından maksimum istifadə edən komandanın xeyrinə həll olunacaq”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Braziliya ilə Yaponiya arasında keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Baxış sayı:84
Bu xəbər 29 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















