Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Hər oyun milli komanda üçün vacibdir”

Elmar Baxşıyev: “Hər oyun milli komanda üçün vacibdir”

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər bir oyun milli komanda üçün son dərəcə faydalıdır və bu matçlar təkcə nəticə deyil, həm də komandanın ümumi inkişafı baxımından mühüm rol oynayır". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis millimizin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarından gözləntilərini bölüşüb:
"Yoxlama oyunları zamanı xətlərarası əlaqələr daha da möhkəmlənir, komandanın taktiki anlaşması artır və oyun üslubu tədricən daha da genişlənir və formalaşır. Eyni zamanda hər bir qarşılaşma məşqçilər heyəti üçün vacib analiz materialı yaradır. Məşqçilər bu görüşlər vasitəsilə futbolçuların fərdi keyfiyyətlərini, fiziki hazırlığını, taktiki intizamını və komanda oyununa necə uyğunlaşdığını daha dəqiq qiymətləndirə bilirlər. Bu isə gələcək planlamalar və heyət seçimi sarıdan çox önəmlidir. Çempionat oyunlarında mütəmadi olaraq çıxış edən futbolçuların milli komandaya dəvət alması təbii bir prosesdir. Onların klub səviyyəsində göstərdiyi performans milliyə seçim imkanlarını artırır və düşərgədə rəqabəti artırır. Bu da ümumilikdə komandanın keyfiyyətinə müsbət təsir göstərir. Son qərar hər zaman baş məşqçiyə məxsusdur və oyunçuların formasını, taktiki uyğunluğunu və rəqibə qarşı planlarını nəzərə alaraq optimal heyəti müəyyənləşdirir. Hazırkı heyətin isə balanslı və rəqabətə davamlı olduğu qeyd oluna bilər".
Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 İyun 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri