Icma.az
close
up
RU
“Elmar Baxşıyev müəyyən gərginlik nəticəsində belə sözlər işlədə bilər” qərəzli hakimlik olub?

“Elmar Baxşıyev müəyyən gərginlik nəticəsində belə sözlər işlədə bilər” qərəzli hakimlik olub?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan” ölkə kubokunun yarımfinalında “Qarabağ”a uduzmaqla mübarizəni dayandırdı.

“Qırmızı-ağlar”ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında hakim idarəçiliyi ilə bağlı belə dedi:

“Oyunu çevirə biləcəyimizi düşünürdüm. 25-ci dəqiqədəki epizoda baxsaz, oyunun dəyişmə anı da ola bilərdi. Bizim baxdığımız epizod təmiz penaltidi. Ümid edirəm ki, bizə qarşı səhvlər olmayacaq. Vandersonun epizodunda “qırmızı” dəyərləndirilə bilərdi. İkili standartlar hiss olunur. Mən bunu hiss edirəm. Ümid edirəm ki, bizə qarşı daha obyektiv olarlar”.


Veteran hakim Fariz Yusifov “Football-plus.az”a həmin matçın idarəçiliyi ilə bağlı bunları dedi:

“Kubokun hər iki oyununu izlədim. “Qarabağ” rəqibdən üstün oynadı. Rəvan Həmzəzadənin briqadası oyunun öhdəsindən gəldi. Təyinat da doğru idi. Rəvan oyunun axarını pozmamağa çalışdı. Köməkçilərlə əlaqəsi çox yaxşı idi. Fiziki durumu həmişəki kimi yerində idi. İntizam sanksiyalarında ədalət şəffaf oldu. Oyun qaydalarına zidd olan hərəkətləri edən futbolçuları bağışlamadı. Matçın əvvəlində müəyyən profilaktik tədbirlər görürdü. Futbolçuları başa salmağı bacarırdı. Elmar Baxşıyev müəyyən gərginlik nəticəsində belə sözlər işlədə bilər. Antipatiya, simpatiya və ikili standartlardan söhbət gedə bilməz. Hakimlər bitərəf qalmağa çalışdı. Rəvanı və onun briqadasını təbrik edərdim. Onlara tapşırılan işin öhdəsindən layiqincə gəldilər”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri