Icma.az
close
up
RU
Elmar Məmmədyarov sülh prosesindən danışdı: Mən Nostradamus deyiləm

Elmar Məmmədyarov sülh prosesindən danışdı: Mən Nostradamus deyiləm

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var. Bu barədə ABŞ-nin Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Vesti.az-a müsahibəsində bildirib. Brayza Azərbaycanla Ermənistanın sülh razılaşmasına yaxın olduqlarını qeyd edib. Politoloq vurğulayıb ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyanın ciddi siyasi müqaviməti var. Ümid edirəm ki, Tramp öz töhfəsini vermək istəyir. Metyu Brayzanın sözlərinə görə, Tramp hələ ki Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirir.



Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Sherg.az”a vurğulayıb ki, İrəvan və Bakı arasında artıq danışıqlar gedir:

“Yəni ilk gündən dediyim kimi birbaşa danışıqlar aparılmalıdır. Çünki ən yaxşı variant budur və vasitəçiliyə ehtiyac yoxdur. Vasitəçiliyi təklif edən istənilən tərəfin isə öz milli maraqları olur. Ona görə də ABŞ nə Azərbaycan, nə də Ermənistanı düşünmür. Artıq iki ölkə vasitəçilər olmadan problemin həlli üçün razılığa gəlib. Hətta sülhün imzalanması üçün 2 bəndin qaldığı bildirilir. Lakin Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası ortadan götürülmədən sülhün imzalanması mənasızdır. O ki qaldı sülh məsələsinə, mən Nostradamus olmadığım üçün bu ilin sonuna qədər müqavilənin imzalanıb-imzalanmayacağı haqqında heç nə deyə bilmərəm”.


E.Məmmədyarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyaya da toxunub. O bildirib ki, Ermənistan və ABŞ arasında imzalanan xartiya hər iki tərəfin öz işidir:

“Lakin həmin xartiyada “Dağlıq Qarabağa” istinad var. Nəyə görə “Dağlıq Qarabağa” istinad edirlər? Bildirirlər ki, qaçqınlara hümanitar baxımdan yardım göstərməliyik. İraq və Suriyadan da ermənilər Ermənistana qaçıblar. Bəs niyə onları qeyd etmirlər? Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı razılığa gəldikləri üçün ABŞ son olaraq xartiya məsələsini ortaya atdı. Rusiya Minsk qrupunun ləğvinə etiraz etmədiyini söyləmişdi. Amma ABŞ və Fransa belə bəyanatlar ilə çıxış etməyib. Gələcək zamanda Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciət etsə, ABŞ və Fransa xartiyaya əsaslanaraq qaçqınlara dəstək göstərmək adıyla üçün buna razı olmayacaq. Donald Trampın dövründə isə xartiyanın əhəmiyyəti olmayacaq. Ümumiyyətlə, Trampın Cənubi Qafqazla bağlı məşğul olmaq fikirində deyil, onun planında Yaxın Şərq, Rusiya və Ukrayna kimi böyük məsələlər dayanır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri