Elməddin Behbudun "Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabı" nəşr olunub
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbudun "Mücahid ömrü, Məhəmmədsadıq Aran" adlı kitabı işıq üzü görüb.
Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.
"Bugünkü sevincimi sizinlə də bölüşmək istəyirəm. İyirmi ilə qədər müddəti əhatə edən arzunun, axtarışın, zəhmətin maddiləşmiş formasını - kitabı əlinə götürmək insanı içdən fərəhləndirir. Müstəsna mübarizliyi, zəkası, istedadı və xalqımızın azadlığı uğrundakı fəaliyyəti ilə bağlı çəkdiyi cəfalara görə XX əsr Azərbaycan siyasi tarixinin ən önəmi simalarından birinə çevrilən Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan seçilən millət vəkili, yazıçı, jurnalist Məhəmmədsadıq Aran barədə kitabım nəhayət ki, işıq üzü gördü. Bu, Məhəmmədsadıq Axundzadə Aran barədə ölkəmizdə çap olunan ilk kitabdır", - deyə E.Behbud qeyd edib.

Qeyd edək ki, M.Aran sovet rejiminə qarşı aramsız mübarizə aparan və bu istiqamətdə yüzlərlə kitab, məqalə yazan azsaylı insanlardandır. Kitabda M.Aranın iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb, eyni zamanda onun xaricdə yaşayan doğmalarının xatirələri yer alıb.
Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















