Icma.az
close
up
RU
Elmi ad almaq üçün: 60 yaşa qədər oxumaq lazımdır

Elmi ad almaq üçün: 60 yaşa qədər oxumaq lazımdır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar yalnız orta məktəblərdə təhsilin inkişafı istiqamətində mövcud problemlərlə bağlı deyil, eyni zamanda elmdə yeniliklərin tətbiqi barədə bir sıra təkliflər irəli sürülür.

Onlardan biri kimi Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub. Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin iclasında bildirib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə almalıdır:

"Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır. Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm”.

Deputat vurğulayıb ki, Azərbaycanda Sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemi hələ də saxlanılıb:

"30 ildən çoxdur ki, Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Bununla yanaşı, Sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb.

Magistrin yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?" V. Qafarov əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi təklif edib:

"Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır. Bizdə isə elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır". 

Qeyd edək ki, bu gün Azərbaycan ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pillədən- bakalavr, magistratura və doktoranturadan ibarətdir. Elmi dərəcələrin verilməsində islahatlara ehtiyac varmı?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət ”-ə bildirib ki, elmi dərəcənin yenidən nəzərdən keçirilməsi müasir çağırışlar baxımından müzakirəyə açıq mövzudur:

“Bu məsələlər Azərbaycan təhsil və elm sistemində uzun illər müzakirə olunan, ancaq köklü həllini tapmayan problemləri hədəfləyib. İlk növbədə, elmi dərəcənin verilməsində mövcud ikipilləli sistem, yəni fəlsəfə doktoru və elmlər doktoru tarixi olaraq Sovet modelinə əsaslandığı faktı Azərbaycan ali təhsil sistemində Bakalavriat, magistratura, doktorantura strukturuna uyğunlaşdırılması bir növ Boloniya sisteminin əsas tələblərindən biri idi.

Bu baxımdan, vahid doktorluq dərəcəsinə keçilməsinin gündəmə gətirilməsi beynəlxalq təcrübə ilə uzlaşır və elmi karyera yolunun daha aydın, çevik və rəqabətə davamlı qurulmasına xidmət edir. Magistratura mərhələsi ilə bağlı səslənən tənqidi fikirlər də qismən əsaslıdır. Praktikada magistr dissertasiyalarının əksəriyyətinin real elmi yenilik yaratmadığı, elmi jurnallarda və kitab formasında yayımlanmaması bu pillənin formal xarakter daşıması barədə suallar yaradır”.

O bildirib ki, problemin kökü təkcə pillənin mövcudluğunda deyil: 

“Problem onun məzmununda və tələblərindədir. Beynəlxalq təcrübədə adətən tədqiqatlar tədqiqatyönümlü, yaxud peşəyönümlü olur. Azərbaycanda bu fərqləndirmə aydın şəkildə aparılmadığından, magistr dissertasiyası çox vaxt nə elmi, nə də praktik baxımdan dəyər yarada bilir”. 

Ekspertin sözlərinə görə, elmi karyeranın həddindən artıq uzun çəkməsi və bürokratik maneələrin çoxluğu ilə bağlı arqumentlər xüsusilə ciddi diqqət tələb edir:

“Tədqiqatçının 50-60 yaşına qədər əsas elmi mərhələləri başa vurması elmin dinamikliyinə və innovativliyinə mənfi təsir göstərən amillərdən biridir. Ümumiyyətlə, müasir elmi mühitdə gənc yaşlarda müstəqil elmi tədqiqatlar aparmaq, qrantlar qazanmaq və elmi məktəb formalaşdırmaq əsas üstünlüklərdən biri hesab olunur. Bu baxımdan, mərhələlərin ixtisarı, prosedurların sadələşdirilməsi və nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı.

Xüsusilə də fəlsəfə doktoru, elmlər doktoru bir doktorluq adı altında birləşməlidir. Yəni bölünməsi, məsələn, elmlər doktoru mənasızdır, fəlsəfə doktoru varsa, elmlər doktoru olmamalıdır. İkisinin də eyni anda olması düzgün hesab olunmur. Bununla yanaşı qeyd etmək olar ki, istənilən struktur dəyişikliyi yalnız mərhələlərin ləğvi ilə məhdudlaşdırılmamalıdır.

Əgər vahid doktorluq modelinə keçid baş verərsə, bu zaman doktorantura proqramlarının keyfiyyəti və maliyyələşməsi gücləndirilməlidir. Elmi rəhbərlik institutu yenidən formalaşdırılmalıdır. Eləcə də beynəlxalq nəşrlər və real elmi nəticələr əsas meyar kimi götürülməlidir. Nəticə etibarilə millət vəkilinin təklifləri sistemli islahatlara ehtiyac olduğunu göstərir və geniş ekspert müzakirəsinə ehtiyac var.

Əsas məsələ köhnə modeli ləğv etmək deyil, onun yerinə daha səmərəli, şəffaf , beynəlxalq standartlara cavab verən elmi- təhsil ekosistemi yaratmaqdır. Bu isə yalnız qanun dəyişikliyi ilə deyil, eyni zamanda institusional və mədəni dəyişikliklərə də gətirib çıxarmalıdır. Yəni qanun real tətbiq halında olmalıdır. Əgər qanun tətbiq olunmursa, yalnız millət vəkilləri müzakirə edirsə, imzalandıqdan sonra formal qalırsa, iş getmirsə qanunu dəyişməyin bir mənası yoxdur.

Doğrudur, işin getməsi üçün ilk növbədə qanun dəyişməli, baza olmalıdır ki, qanunvericiliyə istinad olunsun. Ancaq qanun həm də işlək mexanizm rolunu oynamalıdır. Elə tətbiq olunmalıdır ki, həyata keçirilə bilsin”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri