Icma.az
close
up
RU
Elmi dərəcəsi olmayan, amma illərlə real təcrübə toplayan mütəxəssislərin ali təhsil sisteminə cəlbi zərurətdir

Elmi dərəcəsi olmayan, amma illərlə real təcrübə toplayan mütəxəssislərin ali təhsil sisteminə cəlbi zərurətdir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman ixtisasları üzrə ali təhsil müəssisələrində müəllim çatışmazlığı aktual problem olaraq qalır. Xüsusilə həndbol, velosiped və qış idman növləri kimi sahələr üzrə həm elmi dərəcəyə, həm praktik təcrübəyə, həm də pedaqoji bacarıqlara malik kadrların azlığı bu istiqamətdə tədrisin təşkili prosesini çətinləşdirir. Mövcud vəziyyət bəzi hallarda xarici mütəxəssislərin cəlb edilməsini zəruri edir.

Bu şəraitdə idman sahəsində təcrübəsi olan mütəxəssislərin ali təhsil müəssisələrində dərs deməsi üçün elmi dərəcə tələbinin yumşaldılması nə dərəcədə məqsədəuyğundur və bu addım kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilərmi?

Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, hazırda, ali məktəblərdə dərs demək üçün əsas tələblərdən biri elmi dərəcədir:

"Bu isə idman sahəsində uzun illər praktiki fəaliyyət göstərmiş, lakin akademik tədqiqatla məşğul olmayan şəxslərin sistemə daxil olmasını çətinləşdirir. Nəticədə, təcrübəli məşqçilər, idman ustaları və milli komandalarda işləyən mütəxəssislər universitet auditoriyasından kənarda qalır. Bir tərəfdən universitetlər akademik kadr axtarır, digər tərəfdən praktiki bilik daşıyıcıları akademik sistemə buraxılmır. Bir çox ölkələr bu problemi daha çevik kadr modeli ilə həll edib. Məsələn, ABŞ, Böyük Britaniya və Cənubi Koreyada universitetlərdə “Professor of Practice” adlı mexanizm var. Bu status elmi dərəcəsi olmayan, lakin sahəsində yüksək nailiyyət qazanmış, beynəlxalq təcrübəyə malik mütəxəssislərə dərs demək hüququ verir. Bu sistem sayəsində həm nəzəri, həm də tətbiqi tədris balanslı şəkildə qorunur. Eyni yanaşma Finlandiyada və İtaliyada da tətbiq olunur, orada da idman pedaqoqları elmi dərəcə tələb etmədən “praktik modul” fənlərini tədris edə bilirlər, lakin metodik və nəzəri dərsləri elmi dərəcəsi olan kadrlar aparır. Beləcə, tədris həm praktik, həm də elmi dəyərləri özündə birləşdirir".

Mütəxəssisin fikrincə, elmi dərəcə tələbi ilə bağlı dəyişiklər qəbul olunarsa, universitetlər daha çox peşəkar idman mütəxəssislərini cəlb edə bilər, kadr çatışmazlığı ilə bağlı məsələlər aradan qalxar.

"Həmçinin, tələbələr praktik təcrübəsi olan müəllimlərdən real bilik və təlim metodikaları öyrənər və tətbiq edə bilərlər. 
İdman sahəsi elə bir spesifik sahədir ki, burada  təhsil yalnız nəzəriyyə ilə məhdudlaşa bilməz. Elmi dərəcəsi olmayan, amma illərlə real təcrübə toplayan mütəxəssislərin ali təhsil sisteminə cəlbi zərurətdir, güzəşt deyil. Əgər bu cür çevik model tətbiq olunsa, universitetlərdə praktika ilə elmin birləşdiyi müasir idman tədrisi formalaşar və ölkəmizdə idman sahəsinin elmi inkişafına real təkan verər", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri