Azərbaycanda elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycanda elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 130 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.
Qeyd olunub ki, həmin elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 19,4 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,2 %-i tədqiqatçılardır. Bu mütəxəssislərin 38,2 %-nin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.
Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9,4 min elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















