Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

Elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş iclasdakı çıxışı ölkəmizdə elmin gələcək inkişafı üçün strateji yol xəritəsini müəyyənləşdirən proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər. Prezidentin nitqində irəli sürülən ideyalar və tezislər bir daha göstərdi ki, müasir mərhələdə elmin inkişafı yalnız akademik deyil, həm də milli təhlükəsizlik, iqtisadi tərəqqi, texnoloji müstəqillik və ideoloji suverenlik məsələsidir.

Elm hər bir dövlətin gələcəyini müəyyən edən aparıcı amildir. Möhtəşəm Zəfər tariximizin 5 illik yubileyi ərəfəsində Azərbaycan elmi qarşısında duran vəzifələrlə bağlı təhlillərini açıqlayan cənab İlham Əliyev yeni reallıqlara uyğun tövsiyyə və tapşırıqlarını verdi: “Azərbaycan elmi müasir çağırışlara cavab verən, dövlətin strateji hədəflərinə xidmət edən intellektual resurslar mərkəzinə çevrilməlidir”. Bu, həm elmi idarəetmənin təkmilləşdirilməsi, həm də gənc nəslin elmə cəlb olunması baxımından yeni mərhələnin başlanğıcı deməkdir.

Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasını təşkil edir. Prezidentin çıxışında məhz bu məqam üzərindən mühüm istiqamətlərdən biri kimi elmi nəticələrin praktiki tətbiqi və iqtisadiyyatla inteqrasiyası məsələsi xüsusi vurğulandı. Çünki elm artıq yalnız nəzəri biliklər toplusu deyil, həm də rəqabətqabiliyyətli məhsulların və innovasiyaların yaradılmasına xidmət edən istehsal amilidir.

Azərbaycanın sürətli sənaye və texnoloji inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi, kosmik sənaye, “yaşıl enerji” və müdafiə texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elmi potensialın gücləndirilməsini zəruri edir. Prezident İlham Əliyev qeyd etdi ki, “bizim elmi tədqiqatlarımız mütləq ölkəmizin inkişaf prioritetlərinə xidmət etməlidir – enerji, kənd təsərrüfatı, ekologiya, informasiya texnologiyaları, süni intellekt və biotexnologiya kimi sahələrdə”.

Ölkə rəhbərinin çıxışında AMEA-nın qarşısında duran əsas vəzifələrdən biri kimi institusional islahatlar və idarəetmədə səmərəliliyin artırılması göstərildi. Prezidentin qeyd etdiyi kimi, bu elm məbədinin yenidən formalaşması idarəetmədə çeviklik və məsuliyyət tələb edir. Müasir dövrdə Akademiyanın fəaliyyətinin yalnız klassik elmi tədqiqatlarla məhdudlaşmaması, onun elmi siyasətin koordinasiya mərkəzinə çevrilməsi vacibdir.

Təbiidir ki, bütün bunlar AMEA-nın strukturunda islahatların aparılması, yeni nəsil alimlərin proseslərə cəlb edilməsi, elmi nəticələrin ictimaiyyətə və dövlət idarəçiliyinə inteqrasiyası istiqamətində konkret addımların atılması ilə müşayiət olunmalıdır. Prezidentin sözləri ilə desək, “AMEA müasir dövrün çağırışlarına uyğun çevik, açıq və innovasiyaya əsaslanan bir institut olmalıdır”.

Gənclərin elmə cəlb edilməsi intellektual kapitalın qorunması üçün vacib şərtdir. Azərbaycan elminin sabahı gənc tədqiqatçıların potensialına bağlıdır. Prezident İlham Əliyev gənclərin elmə marağının artırılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Bu baxımdan, elmi mühitin cazibədar edilməsi, tədqiqat fəaliyyətinə dəstək mexanizmlərinin gücləndirilməsi, doktorantura və postdoktor proqramlarının genişləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, gənc alimlərin beynəlxalq elmi şəbəkələrə çıxışı, birgə layihələrdə iştirakı və xaricdə təhsil təcrübələrinin Azərbaycanda tətbiqi üçün müvafiq şərait yaradılmalıdır. Elm həm də milli kadr siyasətinin dayaq sütunu kimi formalaşmalıdır.

Prezident İlham Əliyevin çıxışında milli-mənəvi dəyərlərlə elmi inkişafın sintezi böyük diqqət çəkən mühüm məqamlardan biridir. Belə ki, elmin milli kimlik və mədəniyyətlə vəhdətdə inkişafı mühüm prinsip kimi qarşıya qoyulur. Azərbaycan elmi həm müasir qlobal trendləri izləməli, həm də milli dəyərlər sisteminə əsaslanmalıdır. Bu, həm dil, tarix, ədəbiyyat, fəlsəfə kimi humanitar elmlərin inkişafında xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin fikrincə, elm yalnız texnoloji tərəqqi deyil, həm də milli düşüncənin dərinləşməsi vasitəsidir. AMEA-nın bu istiqamətdə fəaliyyəti milli ideoloji təməllərin elmi əsaslarla möhkəmlənməsinə xidmət etməlidir.

Prezidentin nitqində yalnız elmin texnoloji və innovativ istiqamətləri deyil, milli-mənəvi dəyərlərin, dilin və tarixi həqiqətlərin qorunması da elmi fəaliyyətin əsas tərkib hissəsi kimi dəyərləndirildi və bununla bağlı müvafiq qurumlar qarşısında ciddi məsələlər qoyuldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan elmi təkcə bilik mənbəyi deyil, həm də milli kimliyin, tarixi ədalətin və dilin saflığının qoruyucusudur.

Çıxışda xüsusilə Azərbaycan dilinin qorunması məsələsi milli ideologiyanın əsas sütunlarından biri kimi qiymətləndirildi. Dövlət başçısı bildirdi ki, dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın kimliyinin, mənəvi müstəqilliyinin və dövlətçiliyinin simvoludur. Elm, ədəbiyyat, təhsil və informasiya siyasəti Azərbaycan dilinin inkişafına xidmət etməlidir. Prezident bu məsələdə alimlərin, xüsusən dilçi və ədəbiyyatşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. O, xəbərdarlıq etdi ki, qloballaşma və texnoloji asılılıq şəraitində milli dilin qorunması yalnız qanunvericilik deyil, həm də ideoloji məsələdir. Elm və təhsil sahələrində Azərbaycan dilinin nüfuzunun artırılması, terminoloji sistemin təkmilləşdirilməsi və dövlət dilinin beynəlxalq səviyyədə tanıdılması bu istiqamətdə başlıca vəzifələr kimi göstərildi.

Cənab İlham Əliyev tarixi elmlərin qarşısında dayanan vəzifələri də xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan tarixinin saxtalaşdırılması uzun illərdir bəzi xarici dairələrin və xüsusən erməni ideoloqlarının məqsədyönlü fəaliyyətidir və bu təbliğata qarşı elmi əsaslı, sənədlərlə təsdiqlənmiş cavablar hazırlanmalıdır. Prezident alimlərə müraciətlə bildirdi ki, “Azərbaycan tarixi yalnız faktların toplusu deyil, milli yaddaşın dirçəldilməsidir”. Bu baxımdan AMEA-nın qarşısında duran vəzifə real, faktoloji əsaslı və beynəlxalq səviyyədə tanınan elmi əsərlərin hazırlanmasıdır. Tarixşünaslıqda sovet dövründən qalan təhriflərin aradan qaldırılması, Qarabağ, Zəngəzur, Göyçə, Dərələyəz kimi bölgələrin Azərbaycan tarixindəki yerinin dəqiq şəkildə araşdırılması dövlət başçısı tərəfindən mühüm elmi missiya kimi dəyərləndirildi.

Prezident İlham Əliyev çıxışında azərbaycanlı qaçqınların Ermənistan ərazisinə qayıdışını tarixi ədalətin və beynəlxalq hüququn tələbi kimi dəyərləndirərək bununla bağlı siyasi mövqeyini bir daha açıq şəkildə bəyan etdi. O bildirdi ki, ermənilərin 30 il ərzində törətdikləri işğal siyasətinin nəticələri aradan qaldırıldığı halda eyni etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıdışı da bərpa olunmalıdır. Bu məsələ həm siyasi, həm humanitar, həm də tarixi ədalətin bərpası baxımından prioritet hesab edilir. Ermənilər isə bu qayıdışdan əndişələnməməlidirlər, çünki Azərbaycan xalqı tarix boyu mehriban birgəyaşayış prinsiplərinə sadiq qalaraq hər zaman separatism meyillərindən uzaq olduğunu sübut edib. Prezident qeyd etdi ki, elmi dairələr, xüsusən tarixçilər və hüquqşünas alimlər bu məsələnin hüquqi-siyasi əsaslarını beynəlxalq elmi məkanlarda əsaslandırmalı, tarixi faktlarla sübut etməlidirlər.

Elmin beynəlmiləlləşməsi və Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası müasir dövrdə qlobal xarakter daşıyır. Prezident İlham Əliyev çıxışında Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, alimlərimizin nüfuzlu elmi jurnallarda çıxış etməsi və qlobal elmi layihələrdə iştirakının artırılmasının vacibliyini qeyd etdi. Vurğulandı ki, Azərbaycan elmi artıq regionun deyil, dünya elmi məkanının fəal iştirakçısına çevrilməlidir. Bu məqsədlə elmi diplomatiya, beynəlxalq tədqiqat şəbəkələri və birgə innovativ layihələr prioritet istiqamətlərdəndir.

Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə proqram xarakterli çıxışı, əslində, Azərbaycan elminin inkişaf strategiyası üçün ideoloji və praktiki təməl rolunu oynayır. Burada irəli sürülən tezislər elmi idarəetmənin yenilənməsi, texnoloji innovasiyaların təşviqi, gənclərin elmə inteqrasiyası və milli-mənəvi dəyərlərlə elmi tərəqqinin sintezini hədəf götürür. Bu gün Azərbaycan elmi qarşısında duran əsas vəzifə biliyə əsaslanan, innovativ və milli maraqlara xidmət edən elmi sistemin formalaşdırılmasıdır. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun davamlı şəkildə həyata keçirilməsini tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri